Antiterror əməliyyatında şəhid olan hərbçimizə mahnı həsr olundu - VİDEO

Sentyabrın 19-dan 20-nə keçən gecə ordumuzun başlatdığı antiterror əməliyyatı zamanı şəhid olan hərbçimizə mahnı həsr olunub.
Adalet.az xəbər verir ki, haqqında danışan şəhidimiz müddətdən artıq hərbi qulluqçu Hüseynzadə Ramazan Həmdulla oğludur.
Mahnını tanınmış müğənni Rövşən Binəqədili hazırlayıb və ifa edib.
Qeyd edək ki, Hüseynzadə Ramazan Həmdulla oğlu Cəlilabad rayon Muğan kəndində anadan olub. Hərbçimiz antiterror əməliyyatı zamanı Xocalı şəhərinin Dəhrəz kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn
Digər Xəbərlər

Onlara Prezidentin mükafatı veriləcək

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

"Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə?" - Leyla Turan yazır
