adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Oktyabr 2014 15:23
6095
ƏDƏBİYYAT

Ankarada Cənubi Azərbaycanın aşıq dastanları çap edilib

Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətlinümunəsi olan "Şikari dastanı” Ankarada çapdan çıxıb.Adalet.az xəbər verir ki, Türk DilQurumu tərəfindən nəşr edilmiş kitabı Adana şəhərindəki ÇukurovaUniversitetinin doktorluq tələbəsi, təbrizli tədqiqatçı Nabi Kobotarian çapahazırlayıb. Bu, Azərbaycan folkloruna dair N.Kobotarianın Türkiyədə çap edilmişikinci kitabıdır.

 

"İran Azerbaycanı aşıkdestanları” seriyasının birinci kitabı olan "Şikari destanı” adlı kitabın çapdançıxması ilə bağlı Apa-yaaçıqlama verən N.Kobotarian deyib ki, Türk Dil Qurumu kimi mötəbər bir elmocağının İran Azərbaycanının xalq ədəbiyyatı ilə bağlı seriya açmasından və ilkolaraq onun kitabını çap etməsindən çox məmnundur: "Şikari dastanı”nı ötənəsrin 90-cı illərinin ortalarında Cənubi Azərbaycanın məşhur aşığı Yədullahdantoplamağa başlamışdım. Aşıq Yədullah dastanı ustadlarından öyrənib, daha sonraözü dastana əlavələr edərək böyüdüb. Dastan Avropa folklorşünasları arasındaböyük marağa səbəb oldu. 55 saatlıq kasetlərdən ibarət olan bu  möhtəşəmxalq yaradıcılığı örnəyini  illər uzunu yaşadan və  gələcəknəsillərə ötürmək üçün mənə fürsət yaradan aşıq Yədullaha uzun ömürdiləyirəm”.