Ankara Bakıdan xəbərsiz bu addımı atmayacaq - Kılıç
"Türkiyə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmayacaq. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı dezinformasiyalar yayaraq ictimai rəyi manipulyasiya etmək cəhdləri uğursuzluğa məhkumdur".
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Azərtac-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədində nəzarət-keçid məntəqələrinin açılması ilə bağlı yalan xəbərlərin arxasında Türkiyə ilə Azərbaycan arasındakı birlikdən və sıx əməkdaşlıqdan narahat olan dairələr dayanır:
“Müəyyən media-strukturlarının guya Ankaranın Bakıya xəbər vermədən Ermənistanla sərhədi açması ilə bağlı yalan məlumatları Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək məqsədi daşıyır. Türkiyə hakimiyyəti İrəvanla bağlı atılacaq hər hansı addımı Azərbaycanla sıx əlaqələndirir və bu məsələni müzakirə edir”.
Hulusi Kılıç Türkiyə dövlət orqanlarının Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb:
“Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi yalnız Azərbaycanla Ermənistan arasında sülh əldə edildikdən sonra bir nəticə verə bilər. Türkiyənin hakim orqanları bunu dəfələrlə bəyan edib”.
O, həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) Suriyaya humanitar yardımın çatdırılması üçün Əlican (Marqara) nəzarət-keçid məntəqəsinin müvəqqəti açılması ilə bağlı məlumatın mətninə istinad edib:
“DMM-in məlumatına görə, fevralın 24-də Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu Ermənistan hakimiyyətinin Suriyaya humanitar yardım göndərmək istəyi barədə məlumatlandırıb. Fevral 26-da isə Ankarada olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrəvanın təşəbbüsü haqqında məlumatlandırılıb. Bütün bunlar Ankara ilə Bakı arasında fəaliyyətin koordinasiyasını bir daha təsdiqləyir”.
H.Kılıç əmin olduğunu bildirib ki, heç kim iki qardaş ölkə arasında münasibətlərə zərbə vurmağa qadir deyil:
“Təklif edirəm ki, Ankara və Bakının bütün düşmənləri Şuşa Bəyannaməsinin mətni ilə bir daha tanış olsunlar”.
Digər Xəbərlər
16 Sentyabr 2026 17:11
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşdü
16 Sentyabr 2026 14:58
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35
Prezident onları təltif etdi - SİYAHI
16 Sentyabr 2026 11:34
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi
16 Sentyabr 2026 10:42
Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşdü - VİDEO
16 Sentyabr 2026 10:18


Bakı -°C

