Ancelina Coli dindirildi
Hollivud ulduzu Ancelina Coli Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən dindirilib.
Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, FTB Coli və övladlarını 3 saat sorğu-sual edib. Məlumata görə, agentlər aktrisanın Malibudakı yeni mənzilinə gəliblər. Onlar Fransadan ABŞ-a uçarkən Pittlə 15 yaşlı oğlu Meddoks arasında nə baş verdiyi ilə maraqlanıblar.
Qeyd edək ki, KİV-lər Pittin Meddoksa qarşı şiddət göstərməsi barədə məlumat yayıblar.