adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Aprel 2019 14:53
17587
İDMAN

ANATOLI BANİŞEVSKININ VİDA MATÇI

Dünya futbolunun bu əfsanəsi yaşıl meydandasonuncu dəfə dəri topla bizim Şabran şəhər stadionunda toxundu...

...Onda 1996-cı ilin güllü-çiçəkli bir yaz günü,may ayının əvvəlləri idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanÜmummilli liderimiz Heydər Əliyevin gərgin səyi, qüvvəsi ilə respublikamızınmüstəqilliyinin, dövlətçiliyimizin möhkəmlən­diril­məsində mühüm addımlaratılırdı. Müdrik rəhbərin göstərişi ilə xalqda, vətəndaşlarımızda sabahainamın, ümidin yaranması naminə bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlərintəşkil edilməsinə xüsusi önəm verilirdi. Elə bu tədbirlərdən biri kimi Şabranda(keçmiş Dəvəçi) da, şəhər stadionunda mahnı və idman bayramı keçirilirdi. O zamanmən ölkədə yeganə televiziya kanalının -AzTV-nin nüfuzlu "Xəbərlər” proqramının xüsusi müxbiri idim və təbii ki, beləbir möhtəşəm tədbiri tamaşaçılara çatdırmalıydıq.

O tədbirə Bakıdan çox mötəbər,tanınmış, adlı-sanlı qonaqlar dəvət olunmuşdu. Ancaq qətiyyətlə deyərdim ki, bubayramın ən yadda qalan epizodlarından biri bizim Şabran rayonunun veteranfutbolçuları ilə "Neftçi”nin veteranları arasında keçirilən futbol matçı oldu.

O zaman Şabranda rayon prokuroru işləyənvə respublika mini futbol federasiyasına başçılıq edən Habil Qurbanovun, birzaman SSRİ çempionatlarında iştirak edən komandaların heyətində oynamış AdilAğayevin (milli komandamızın qapıçısı Kamran Ağayevin atası), Əsgər Talıbovun vədigər yerli futbolçuların Şabranın şərəfini qoruduğu komandanın rəqibi "Neftçi”ninheyətində isə bəs kimlər yaşıl meydana çıxmamışdı?..

Futbolun canlı əfsanələri – Ələkbər Məmmədov,Sergey Kromarenko, Vasili Bruxti, Vyaçeslav Semiqlazov, Adil və Yaşar Babayevqardaşları, Əli Rəhmanov... və... Anatoli Banişevski...

Yaşıl meydanda Banişevskini görən tamaşaçıların – azarkeşlərinalqışlarından qulaq tutulurdu və o alqışlar altında futbolçular beynəlxalq dərəcəlihakimin oyuna başlamaq üçün verdiyi fitin səsini, əlbəttə, eşidə bilməzdilər.

Bəlkə də o gün stadiondakı yaşlı nəsildənolanlar gözlərinə inana bilmirdilər ki, bir vaxt "Marakana”, "Uembli” kimidünyanın məşhur futbol meydançalarında top qovan sevimli "Tolya” indi onlarıngözləri qarşısında əyalət stadionunda yaşıl meydana çıxıb.

Tamaşaçıların göz yaşları içində topa ilkzərbə ilə toxunan Anatoli Banişevskini "Neftçi”nin məşqçiləri tez əvəz etdilər.Tamaçaşılar artıq başlanan oyuna yox, əvəzlənib meydançanı tərk edən öz sevimlifutbolçularına ayrılığın nisgili ilə baxır, sürəkli alqışlarla yola salırdılar.Bu oyundan sonra Anatoli bir daha yaşıl meydanlarda görünmədi. Bir il sonra,1997-ci ilin dekabrında dünyasını dəyişdi.

Banişevskilər iki-üç əsr bundan qabaqPolşadan Ukraynaya, oradan isə bir parça çörək ardınca neft Bakısına gəlmişdilər.Anatoli Bakıda doğulub boya-başa çatmışdı.

Tarifdən məlum olduğu kimi, hələ Cümhuriyyətimizdənbəri polyak tatarları sədaqətlə Azərbaycana xidmət ediblər. Heç bir araşdırmaaparmadan deyirəm ki, bizim Tolya da elə polyak tatarlarından idi.

Yaxşı xatırlayıram, dəli-doluvaxtlarım, ötən əsrin 70-ci illərinin ortaları idi. O vaxt "Neftçi” güclülər dəstəsinitərk etmişdi. Gennadi Bondarenko komandanın yeni baş məşqçisi, AnatoliBanişevski isə oynayan-məşqçi idi. Birinci dövrənin başa çatmasının axırına ikitur qalırdı və "Neftçi” də 1-ci dəstədə lider idi. "Neftçi” Şimali Osetiyanınpaytaxtında, Vladiqafqazda yerli "Spartak”la oynayırdı. Orasını da qeyd edimki, "Spartak”ın baş məşqçisi "Neftçi”nin sabiq hücumçusu Kazbek Tuayev idi."Neftçi” o matça qədər hələ ki, məğlub olmamışdı. Və o vaxt doğma komandanınsadiq azarkeşləri kimi yaxın bir şəhərdə keçirilən oyunda doğma komandamızı dəstəkləməyəgetmişdik. 20-25 nəfər olardıq.

İş belə gətirdi ki, "Neftçi”ninehtiyat heyətinin, məşqçilər korpusunun yaşıl meydanın qırağındakı yerləşdiyiyerə yaxın bir tribunada oturası olduq.

Birinci hissədə hesab açılmadı, ikincihissədə meydan sahibləri təzyiqi artırıb "Neftçi”ni sıxışdıranda biz azarkeşlərqeyri-ixtiyari ayağa qalxıb "Tolya,Tolya” deyə qışqıraraq baş məşqçidən AnatoliBanişevskini meydana buraxmasını az qala tələb etdik. Tolya ayağa qalxıb üzünübiz həmyerlilərinə tərəf çevirib baş əyərək təşəkkür etdi.

Yerli komandanın güclənən təzyiqinigörən, Azərbaycandan gələn azarkeşlərin hələ də "Tolya, Tolya” hayqırtısınıeşidən baş məşqçi yanında əyləşən Banişevskiyə nəsə dedi və Banişevski də elə məşqçilərkorpusunda ayağa qalxıb, üst geyimini çıxartdı. Bəli, baş məşqçi Tolyanımeydana buraxırdı. Və kiçik bir sektorda əyləşən biz qonaq azarkeşlərin - yerli azarkeşlər bizim qonaq olduğumuzuartıq bilirdilər – ayağa durub "Tolya, Tolya” deyə vəcdlə səs-səsə verdiyinigörən "Spartak”ın azarkeşləri də qeyri-ixtiyari ayağa durub əfsanəvi futbolçunu– rəqib komandanın meydana daxil olan oyunçusunu alqışlamağa başladılar.

Və həmin il "Neftçi” güclülər dəstəsinəqayıtdı.

Anatoli Banişevskinin rəqib komandanınqapısından keçirtdiyi qolların çoxu hələ də az qala gözlərim qarşısındadır.Onların bəzilərini arabir köhnə kino-xronikalarda da nümayiş etdirirlər. Ancaqo qollardan birini elə bil bizim Tolya sanki "Neftçi”nin dünən oynadığı bir matçdavurmuş kimi yadımdadır və o qol sevincini mən hələ də yaşayıram.

...Səhv etmirəmsə, ötən əsrin 60-cıillərinin axırları idi. "Neftçi” öz əzəli rəqibi "Ararat”la İrəvanda görüşürdü.Hakimin fitindən sonra meydanın mərkəzində topa ilk toxunuşdan sonra bizimkilərtopu ələ keçirib irəli atıldılar, hücuma necə keçdisə, erməni müdafiəçilər məcburolub öz cərimə meydançalarında topu qapı xəttindən kənara çıxartdılar. Küncdənzərbə! Və sevimli Tolyanın dəqiq baş zərbəsi ilə top rəqib komandanın qapısınıntorunu titrətdi. Qol! Oyunun ikinci dəqiqəsi... Stadionda yerlərində donubqalmış "Ararat”ın məyus, həm də qəzəbli azarkeşləri...

Tolyanın rəqib qapılara vurduğu hər qoldansonra uzun qollarını şəstlə yelləyə-yelləyə qalib bir əsgər kimi meydanın mərkəzinəgəlməsinin özü də elə bir tamaşa idi.

Qeyrətli Azərbaycan Əsgərinin qəhrəmanlığısayəsində Xankəndində dünyanın bu əfsanəvi futbolçusunun xatirəsinə həsrolunmuş futbol turniri keçirərik, inşallah! Tolyanın da ruhu şad olar. Bəlkəonda havasını udub suyunu içdiyi, çörəyini yediyi torpağa, "Neftçi”yə etibarsızçıxmış Eduard Markarovun, Mirzoyan qardaşlarının, Vitali Şevçenkonun, YuriRomanskinin yatmış vicdanları diksinər.