Anar onu tənqid edən gənc yazardan çox sərt danışdı
"Gənc yazar səhv edir. Başını da divara vurur”.
Bu sözləri AYB katibi, Xalq yazıçısı Anar saytımızda yayımlanan Rövşən Danyerinin"60-cıların 60 ili”tənqidi yazısına fikir bildirərkən söyləyib.
Xalq yazıçısı bu mövzuda başqa fikirlər səsləndirməyib.
Xatırladaq ki, R.Danyeri yazısında 60-cıların ədəbiyyata gəlməyindən aşağı-yuxarı 60 il ötür, artıq Azərbaycan ədəbiyyatını 60-cıların kölgəsindən xilas etmək lazımdır deyə vurğulamışdı.