Anar İsayev Ümid Partiyasının sədr müavini təyin edildi

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni sərəncam imzalayıb.
Partiyadan Adalet.az-a verilən məlumata görə, partiya sədrinin imzaladığı sərəncamına əsasən İsayev Anar Rafiq oğlu Sədrin Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə müavin təyin edilib.
İsayev Anar Rafiq oğlu 15 avqust 1976-cı ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. Ali təhsillidir.
2002-ci ilin dekabrnda Ümid Partiyasına üzv yazılıb. 2009-cu ildən Ümid Partiyasının Ali Məclisinin katibi, 2013-cü ildən isə Ali Məclis Sədrinin I müavinidir. 2009-cu ildən Ümid Partiyası Rəyasət heyətinin üzvüdür. IV çağırış Milli Məclisə seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən Qarabağ Blokunun deputatlığa vahid namizədi olub.
Digər Xəbərlər

"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif

Prezidentin Şahbaz Şəriflə geniş tərkibdə görüşü oldu - FOTOLAR

Laçında İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü keçirilib - YENİLƏNİB + FOTO
