adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Fevral 2020 13:33
31850
ƏDƏBİYYAT

Anar Burcəliyevin yeni kitabı nəşr olunub

Teatrşünas-tənqidçi Anar Burcəliyevin "Məqalələrim,ressenziyalarım, oçerklərim və müsahibələrim” adlı yeni kitabının ikinci cildi nəşrolunub. Kitabda 2019-cu ildə dövrü mətbuatda dərc olunan məqalələr, ressenziyalar,oçerklər və eləcə də müsahibələrin bir qisminin toplumu verilib. Dərgidə toplananmateriallar teatrşünasların həmçinin sənətşünasların ilkin məlumat və araşdırmalarıüçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdən ümumazərbaycan teatr tarixinintədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də aktyor, rejissor və teatrlarımızınsənət yollarının öyrənilməsi baxımından əhəmiyyətlidir.

Kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru,Respublikanın əməkdar artisti Xəzər Gəncəli, redaktorları isə Eşqin Nağıyev və SailəMəhərrəm qızıdır.

Xatırladaq ki, yeni nəşr olunan kitab "Star” çap evindəçapdan çıxıb.