ANAMA Hadrutda mobil baza yaradacaq
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Xocavənd rayonunun Hadrut qəsəbəsində mobil bazası yaradılacaq.
Adalet.az-ın məlumatına görə, eyni zamanda mövcud bazaların genişləndirilməsi işləri aparılacaq.
Belə ki, ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Agentlik sözügedən işlərin icrasını "Şəmkir Tikinti-18" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, ASC-yə 1,9 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Şəmkir Tikinti-18" 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 64 458 manat olan ASC-nin qanuni təmsilçisi Abdullayev Vaqif Çingiz oğludur.
Digər Xəbərlər
08 Noyabr 2025 12:41
Bütün şəhidlərimizin adları Zəfər muzeyindəki divara həkk edilib - FOTOLAR
08 Noyabr 2025 12:39
Prezident və birinci xanım Zəfər muzeyinin açılışını etdilər - FOTOLAR
08 Noyabr 2025 12:36
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR
08 Noyabr 2025 12:05


Bakı -°C

