Ana karantin qaydalarını pozan oğlunu polisə təslim etdi
Koronavirus testi müsbət çıxan kişi şəhərdəgəzməyə çıxıb. Ancaq anası polisə xəbər verdiyi üçün səfər uzun çəkməyib. Asayiş keşikçiləri onu saxlayıb.
Bu barədə 360tv.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, hadisə Rusiyanın paytaxtında qeydə alınıb.
Məlum olub ki, 36 yaşlı moskvalıda iki gün əvvəl koronavirus təsdiqlənib, lakin xəstəliyi yüngül keçirdiyi üçün xəstəxanaya yerləşdirilməyib. Sadəcə, bütün ailə üzvlərinə evdən çıxmaqqadağan edilib. Xəstə isə bu qadağaya cəmi bir gün dözüb.
Kişi saxlanılaraq, məcburi olaraq sığınacağa yerləşdirilib. Artıq icbari müalicədən əlavə, onu cərimə də gözləyir.
Digər Xəbərlər
27 Aprel 2024 13:10
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
27 Aprel 2024 09:17Bu ölkədə daşqınlar onlarla insanın həyatına son qoydu
27 Aprel 2024 09:10Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
27 Aprel 2024 09:00Ərdoğanın ABŞ səfərinin təxirə düşməsi ilə bağlı Türkiyə XİN-dən AÇIQLAMA
26 Aprel 2024 23:01