adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Aprel 2019 13:05
4305
GÜNDƏM

Amerika Ticarət Palatasının təklif və tövsiyələri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika TicarətPalatasının ("AmCham Azərbaycan”) nümayəndələri ilə görüş olub.

NazirlikdənAdalet.az-a daxil olan məlumata görə, görüşdə Əməkvə Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təminedən siyasətində sahibkarlığın inkişafının dövlət tərəfindən dəstəklənməsininxüsusi yer tutduğunu vurğulayıb. Nazir respubikamızda biznes və investisiyamühitinin yaxşılaşdırılması və şəffaflaşdırılması istiqamətində mühümaddımların atıldığını, nəticədə özəl sektorun ölkə iqtisadiyyatında çəkisinin əhəmiyyətlişəkildə artdığını qeyd edib.

S.Babayev əmək,məşğulluq, sosial müdafiə sahələrində islahatların geniş miqyas aldığını deyib.O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərinhüquqlarının təminatına müasir texnologiyaların tətbiqi əsasında operativ vəeffektli nəzarət sisteminin yaradılması istiqamətində görülən işləri diqqətəçatdırıb.

Nazir yeniqurulan "Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığınıntəmin olunmasına imkan verdiyini deyib. Bildirib ki, bu altsistem, eynizamanda, işəgötürənlərin, o cümlədən "AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsimexanizminin təkmilləşməsinə şərait yaradır.

Nazirliyin "AmCham Azərbaycan”la fəal əməkdaşlıqhəyata keçirdiyini diqqətə çatdıran S.Babayev qeyd edib ki, Palatanın biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdənibarət "Ağ sənəd” layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlıtəklif və tövsiyələr də yer alır. Palatanın nümayəndələri ilə mütəmadi təşkiledilən belə görüşlərdə həmin təklif və tövsiyələrin öyrənilməsi əməkqanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdə önəmlidir.

"AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimovəmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində aparılan islahatlarımaraqla izlədiklərini deyib. O, əmək və məşğulluq, sosial sığorta sahələrində həyatakeçirilən islahat tədbirlərinin də əmək bazarı iştirakçılarının qanuni mənafelərinin daha dolğun təminatı baxımından əhəmiyyətini qeyd edib.

Görüşzamanı aparılan islahatlar, əmək bazarının tənzimlənməsiistiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, Palatanın təhsil və əmək məzuniyyətləri,ezamiyyə qaydaları və sosial sığorta ödənişlərinin optimallaşdırılması iləbağlı təklif və tövsiyələri müzakirə olunub.