adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Sentyabr 2019 14:50
125583
MÜSAHİBƏ

Amerika güllərini görmək arzusu gözləmədiyi anda çin olan şairin son müsahibəsi

İki ay öncə tanınmış şairə, dramaturq KəmaləAğayevanın ölüm xəbərini eşidəndə son görüşümüzü xatırladım. O vaxta qədər KəmaləAğayevanı şeirlərindən tanıyırdım. Özüylə şəxsən görüşüb həmsöhbətolmaq istəyim 2018-ci ilin mart ayında qohumu Zahir bəyin və şairəni müşayiətedən Eleonora xanımın köməkliyilə gerçəkləşdi. Zərif, bəstəboy, örpəkli bir ağbirçəkidi. Elə şeirləri kimiydi-həlim, səmimi, nəcib, riyadan uzaq. Hərəkətlərində,danışığında utancaqlıq duyulurdu. Ömrünün payızını yaşayan 82 yaşlı şairənin duyğularıyaz yağışı kimiydi.

-Kəmalə xanım, ilk şeirinizin yazıldığı vaxtyadınızdadır?

-İlk şeirimi baharın gəlişinəyazmışdım. On yaşım vardı. Çox təəccüblüdür ki, indiyədək onu qoruyubsaxlamışam.

-Necə təsvir etmişdiniz yazı? Kəmalə xanımın yazınecədir?

- (gülür) Baharın gəlişi on yaşlıuşağın gözündə gözəl bir aləmdir. Uşaq təxəyyülü ilə yazmışdım. Mən Naxçıvandadoğulmuşam. Böyüdükcə təbiətə heyran olurdum. İnsan məftun olduqca bu məftunluqonu aparıb harasa çıxardır...

-Şeirlərinizdə yazı çox tərənnüm etmisiniz...

-Hər şey məhəbbətdən yaranır.İnsanın içində məhəbbət olmasa şeir yaranmaz. Mətləbə o zaman çatmaq olar ki, oşeir istəklə yazılsın.

-Səhv etmirəmsə, atanız Ağa Ağayev də şairolub...

-Bəli, atam satirik, Sabiranəşeirlər yazırdı. Həmişə mənə deyirdi ki,qızım, sən şair olacaqsan. "Şair” sözündən acığım gəlirdi. İndi də özüməşair demirəm... Amma şeirlərimin sevildiyini görəndə elə bilirəm, yuxudayam,atam da mənimlə bu barədə söhbət edir... Heç yadımdan çıxmaz, bir səhər atamdedi ki, qızım, vallah sən şair olacaqsan. Dedim, ay ata, axı niyə belə deyirsən?Dedi, gecə gördüm, sən yerindən durdun, gedib divarda nə isə yazdın.

Bakıda institutda oxuyanda atam mənəməktubları şeirlə yazırdı, cavabı da şeirlə yazmağımı istəyirdi. Deyirdim, ayata, bir də mənə "şair” desən, özümü atacam Xəzər dənizinə. (gülür) Eləbilirdim ayıb bir iş görürəm. Nədənsə o adı eşitmək istəmirdim. Uşaq kimi saf,sadəlövhdüm, elə indinin özündə də bu sadəlövhlük qalıb içimdə.

- Azərbaycan Dövlət Pedaqoji Universitetininfransız dili fakültəsində təhsil almısınız. Nəyə məhz fransız dilini seçdiniz?

-Uşaq vaxtı deyirdim ki,fransızca öyrənmək istəyirəm. Bilmirəm, hardan bu fikir başıma düşmüşdü. Demə Allah onu taleyimə yazıbmış.

-Sonra fransız dilindən şeirlər tərcümə etməyəbaşladınız. Kimləri tərcümə etdiniz?

-Pol Elüar, Pol Mari Verlen,LuiAraqon... L.Araqonun "Azadlıq” şeirini tərcümə edib redaksiyaya aparmışdım, ordadedilər, bu şeir heç tərcüməyə oxşamır, elə bil orijinaldır...Sonra elə olduki, Fransaya getməli oldum. Orda şeirlər seçirdim ki, tərcümə edim. Uzun illər tərcüməylə məşğulolmuşam.

-Tərcümə çətin sənətdir...

- Çətindir, elə sözlər tapmaqlazımdır ki, şairin yaradıcılığına xələl gəlməsin. Amma mənim üçün su içməkkimi idi. Hansı şeirə əl atırdım, o dəqiqə çevirib yazırdım. Olurdu ki, qafiyəniçətin tapırdım, amma təslim olmurdum. Həvəslə çevirirdim, bundan mənəvi qidaalırdım. Bu yaxında tərcümələr kitabım çapdan çıxıb...

-Bəs pyes yazmaq fikri necə oyandı?

-Teatr tamaşalarına maraq uşaqyaşlarından yaranıb. 12 yaşım olardı. Məhəllə uşaqlarını yığıb "teatr göstərirdik”.Özümdən sözlər qoşurdum, uşaqlara rollar həvalə edirdim... Həyətimizə taxtqoyulmuşdu, taxtın üstündə oynayırdıq. Elə ki, qış gəlirdi, taxtı qarbürüyürdü, mən oturub ağlayırdım. Deyirdim, teatr göstərə bilməyəcəyik, qar yağdı.O sənəti qədər sevirdim.... 20-ə qədərpyesim var.

-Yaradıcılıq nümunələrinizdə hansı mesajı vermək,hansı duyğuları aşılamaq istəmisiniz?

-Hər yazarın bir xətti olur. Mənilk gündən mənəviyyatı təbliğ etmək istəmişəm. İnsanlarda qüsur görəndə,narahatlıq keçirirəm, "bu sənə yaraşmaz” demək istəyirəm, amma deməyə utanıram,həmin hisslərimi ancaq şeirlərimdə bəlli edirəm.

İlk Məhsəti pyesini ki, yazdım, bütünhisslərimi, duyğularımı bu pyesdə ifadə etdim. Səhnədə deyilən söz bəzən yiyəsinəgedib çatır. Məhsətinin dilindən öz ürək sözlərimi vermişəm.

20-ə qədər şeir kitabım var. Pyeslərimi şeirləyazmışam. Bu yaxınlarda Türkiyədə çap olunan pyeslər kitabına Məhsətinin adınıverdim. Ümumiyyətlə bütün yazılar bir suala cavab verməlidir ki, axı bu şair nəistəyir? Əgər insan özünə tam bələddirsə, onu yazılarında ifadə edə bilməlidir.Yoxsa zəhməti hədər olar.

-Şairlər öz şeirlərini daha gözəl oxuyurlar...

- Mən şeir deməyə utanmışam. Buda mənim xislətimdir də...

-Sizin şeirlərinizə mahnılar yazılıb. Məşhur"Bir yerdə olaq” mahnısı da sizin sözlərinizə yazılıb. Başqa hanı mahnılar var?

-Yadımda olanlardan deyim... Floraxanımın repertuarında ana haqqında şeirə yazılmış mahnı var. Aygün Bəylər dəşeirimə yazılmış mahnılardan oxuyub. "Azərbaycan-Türkiyə” adlı şeir yazmışam,musiqi bəstələnib, Gülyaz xanım oxuyur, yaxın vaxtlarda eşidəcəksiniz. 30-ayaxın şeirimə mahnı yazılıb. Sonra tamaşalara da yazılan mahnılar da var.

-Kəmalə xanım, siz ictimai işlərdə də çalışmısınız. İctimai işlər, ailə,yaradıcılıq... Bütün bunları necə çatdırmısınız?

-Üç övlad böyütmüşəm, onlar dayaradıcılıqla məşğul olmağıma mane olmayıb. Bəzən bütün gecəni yazırdım.Bilmirdilər, gecəni yatmışam, ya gecədən oturub qalmışam. Rəhmətlik yoldaşım (şairəninhəyat yoldaşı rəssam Məmməd Qasımov- G. N.) hərdən zarafatla deyirdi ki, deyirlərMəmməd evlənib, bəs hanı mənim arvadım? (gülür) Belə deyib hamımızı güldürürdü.Buna baxmayaraq, yazmağıma mane olmurdu, əksinə, istəyirdi yazım. Xüsusilə "Məhsəti”niyazanda gecələr yatmırdım. Deyirdim, yatsam, o fikirlər uzaqlaşar, oyanandatapa bilmərəm.

-Yəni sizi heç nə sözdən ayrı sala bilməyib...

-Yox ey.. Naxçıvanda plenumunüzvüydüm. Məni kəndlərə iş dalınca göndərirdilər. Kəndlilərin ehtiyaclarınısoruşurdum, bacardığım köməyi edirdim. Evsizlərə ev alıb verirdim.

-Neçənci illər idi?

-Yoldaşım 83-də rəhmətə gedib,ondan əvvəl. Ta yaxın vaxtlara kimi.

-Kəmalə xanım, siz çox əcnəbi ölkələrdə səfərdəolmusunuz. Necə xatırlayırsız o səfərləri?

-Çox gözəl... Arzudan yaranıb hərşey. Mən həmişə deyirdim ki, görəsən Amerika gülü necə olur? Bizim güllərə bənzəyirmi?Bir gün bizim vilayət partiya komitəsinə məktub gəldi ki, Kəmalə AğayevanıAmerikaya səfərə göndəririk. Mən də balaca, arıq qız idim. Oturub ağladım.Dedim, mən kəndlərə çətinliklə gedirəm, necə ola bilər ki, mən Amerikaya gedibçıxım? Amma uşaqlıqdan oralara getməyi arzu etmişdim, xüsusilə də Amerikadakıgülləri görmək istəyirdim. Getdim. Gözəl çıxışlarım oldu orda. Səhnədən şeiroxuyurdum, ingilis dilinə çevirirdilər. Bizi dostluğa, sülhə çağıran şeirləroxuyurdum. Səhnədən düşəndə yanıma gəlirdilər, qucaqlayırdılar məni. Zəncilər dəgülər üzlə yaxınlaşırdı, görüşürdülər mənimlə. Qorxurdum ey... (gülür) Yaşım az idi, həm də utancaq idim. Birdəfə qarşıma böyük bir qutu gətirib qoydular. Dedim, görəsən bu qutunun içindənə var? Qorxağın biriyəm ey... Dedilər, açın, o sizin üçündür. Açdıq ki, nə?İçi dolu güllər! Uşaq vaxtlarımdan arzu etmişdim ki, görəsən Amerika gülü necəolur? Gözləmədiyim bir vaxtda arzum çin olmuşdu. Allah mənə elə şeylər yetiribki, inana bilməmişəm ki, bu ola bilərmiş...


Günel NATİQ