adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Mart 2020 10:35
5418
SAĞLAMLIQ

AMEA-dan koronavirus açıqlaması: “Bolluca istirahət edin” - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın qaydalarını açıqlayıb.

Bildirilir ki, koronavirustənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslardan biridir. Virusla mübarizə məsuliyyətsiz davranışı qəbul etmir.

AMEA-nın Elmi İşlər üzrə direktor müavini Ələmdar Məmmədov Baku.Tv-yə bildirib ki, virusla mübarizə aparmaq üçün immunitet gücləndirilməlidir.

"Yaxşıistirahət etmək vacibdir. Şəxsi gigiyena qaydalarına əməl olunmalı, düzgün qidalanmaq lazımdır”, -deyə o əlavə edib.

Qeyd etmək lazımdır ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanıngigiyena qaydalarına əməl etməsi olduqca vacibdir.