adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
04 Aprel 2018 16:28
148032
RUBRİKA

Amazoniyada 3500 illik kəşf

Amazon meşələrinin kosmosdan çəkilən şəkilləriniaraşdıran arxeoloqlar bölgədə antik dövrdə yaşamış insanların izlərinə rast gəlib.

 

The Wall Street jurnalının xəbərinə görə Avropalıların Amerika qitəsinə gəlişindənçox-çox əvvəllər  bu meşələrdə insanlaryaşayırdı.

 

Kosmosdan çəkilən şəkilləri araşdıran arxeoloqlar miladdan əvvəl 1500-1200-cüillərə aid olduğu düşünülən yerlərin izlərinə rast gəlib.

 

Brazilyanın Mato Grosso əyalətində o dövrə aid bir çox tarla və kənd təsərrüfatıilə məşğul olunan ərazilər kəşf olundu.


Arxeoloqlar Sao Pauloda yaşayan Fransisko Nakaharanın xobbi olaraqkosmosdan çəkilən şəkillərini araşdırmasından xəbər tutub bu məsələ ilə ciddi məşğulolmağa başlayıblar.

 

Həminəraziyə gedərək araşdırmalarda iştirak edən qrupun başçısı arxeoloq ConasQregorio de Souza deyib:

 

-Bu bölgə o dövrdə böyük bir insan toplumunun məskəni olub. Çox güman ki,Avropalı kəşfçilərin və kölələrinin bura gətirdikləri xəxtəliklər səbəbiədünyalarını dəyişiblər.