adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Oktyabr 2014 12:32
7381
KRİMİNAL

Alt paltarında narkotik gizlədən qadın saxlanılıb

Bakıda qohumu üçün həbsxanaya alt paltarında narkotik maddələrkeçirmək istəyən Balakən sakini saxlanılıb.

 

Adalet.azƏdliyyə Nazirliyi Penitensiar xidmətinə istinadən xəbər verir ki, penitensiar xidmət əməkdaşlarıtərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylıcəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Orxan Ağasəf oğlu Səfərəliyevinyanına qısamüddətli görüşə gəlmiş qohumu, Balakən rayonu, Qullar kəndindəyaşayan vətəndaş Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə vəəşyalarına baxış keçirilib. Baxış zamanı onun alt paltarında xüsusi üsullagizlədilmiş sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qramnarkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkaredilərək götürülüb.

 

Qeyd edək ki, Orxan SəfərəliyevCinayət Məcəlləsinin 181.1.2 (quldurluq) maddəsinə əsasən azadlıqdan məhrumedilib.

 

Fakt üzrə araşdırma aparılır.