“Alpinistlərin sağ qayıdacağına inanırıq” - Axtarışlarla bağlı yeni məlumat
İtkin düşən alpinistlərin axtarışları bu gün də davam etdirilir.
Bu barədə "Gilavar” ekstrim və idman klubunun "Facebook” səhifəsində məlumat paylaşılıb. Qeyd olunub ki, axtarışların dayandırılması və ya Qəbələdə dağçıların izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır.
"Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir. Reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayırlar. Bəli, Qəbələdə axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs belə informasiya verməyib ki, Qəbələdə izlər var. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün vaxtlarla bağlı müvafiq tədbirlər görüləcək".
Məlumatda vurğulanıb ki, digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsidir:
"Bu, mümkün olacaq şey deyil, çünki ekspadisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər. Ümidimizi üzmürük, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq”.
Digər Xəbərlər
02 May 2024 12:31
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19