adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2018 18:45
4937
GÜNDƏM

Almaniyalı hərbi ekspertlər Bakıya gəliblər

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, noyabrın 28-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbirdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib.

Həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.