Almaniyadakı diaspor təşkilatının rəhbəri Dövlət Komitəsində olub
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayevlə görüşüb.
Komitə sədri Almaniyadakı soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını yüksək qiymətləndirib.
Alyansın sədri Azərbaycanın dövlət başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına əsasən Almaniyada həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib.
Fikir mübadiləsi zamanı Heydər Əliyevin 100 illiyi münasibətilə gələn il Almaniyada azərbaycanlı həkimlərin beynəlxalq forumunun keçirilməsi məqsədəuyğun hesab edilib.
Bundan başqa, “Heydər Əliyev İli” çərçivəsində yüksəkixtisaslı alman və azərbaycanlı həkimlərin müvafiq ixtisaslar üzrə qazi və şəhid ailələrinə pulsuz xidmət göstərəcəklərinə dair layihənin gerçəkləşdirilməsi təqdir olunub.
Komitə sədri Almaniya Azərbaycanlıları Alyansının bu layihələri həyata keçirməsi və digər əməkdaşlıq məsələləri ilə bağlı tövsiyələrini nəzərə çatdırıb.
Digər Xəbərlər
05 Noyabr 2025 13:30
Prezident onları TƏLTİF ETDİ
05 Noyabr 2025 12:34
Üç uşağı olanlar 5 il tez pensiyaya çıxsın - TƏKLİF
05 Noyabr 2025 12:31
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
05 Noyabr 2025 12:15
“Gənclərimiz bilsinlər ki, yüksək sürət, təhlükəli manevrlər heç kimə xeyir gətirməyib”
05 Noyabr 2025 12:09
"Qalıqların istifadə edilməyəcəyi qənaətindəyik" - Palata sədri DSMF-nin büdcəsindən danışdı
05 Noyabr 2025 11:50
"10 ayda 158 min nəfər işlə təmin edilib" - Nazir
05 Noyabr 2025 10:38
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib
05 Noyabr 2025 09:49


Bakı -°C

