Almaniyada zebralar sirkdən qaçdı
Almaniyanın Drezden şəhərində Milad bayramı ilə əlaqədar keçirilməli olan sirk şousu ərəfəsindəheyvanlar təlimatçıların nəzarətindən çıxıb.
Adalet.az "Ren” TV-yə istinadən xəbər verir ki, şounun məşqləri zamanı dördzebra şəhərə qaçıb.
Təlimatçılar azadlığa çıxan heyvanları yaxalaya bilmədiyi üçün təqibə nə az,nə çox, yeddi polis patrul maşını cəlb olunub.
Bir müddətdən sonra bütün zebralar cilovlansa da, onlardan biri keçirdiyi həyəcanla əlaqədar ürək çatışmazlığından ölüb. Bunda başqa, heyvanları yaxalayarkənbir polis əməkdaşı yaralanıb.
Digər Xəbərlər
03 May 2024 16:26