Almaniya parlamentində Rusiya casusu tapıldı
Almaniya Federativ Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşını Rusiyaya casusluq etməkdə günahlandırıb.
“Vestnik Kavkaza” xəbər verir ki, Yens F. adlı şəxs "casus təşkilatı fəaliyyəti” ilə ittiham olunur.
Təqsirləndirilən Yens F. Bundestaqda işləyir, orada elektrik cihazlarını yoxlayır. O, Almaniya parlamentinin binası üçün planlar olan sənədləri əldə edib.
“Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının sonu - sentyabr ayının əvvəlləri öz təşəbbüsü ilə Bundestaqın daşınmaz əmlakı barədə məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürməyə qərar verib”, - deyə Almaniya baş prokurorluğunun açıqlamasında qeyd olunur.
Digər Xəbərlər
02 May 2024 12:24
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?
02 May 2024 09:44Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var
02 May 2024 09:10