Allahşükür Paşazadə Finlandiyaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.
Azərbaycan Respublikasının Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.
Səfər çərçivəsində A. Paşazadə Finlandiya baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri, xanım Anna-Kaisa Heikkinen, Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanen, Finlandiya parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiya təhsil və mədəniyyət nazirinin müavini, xanım Zabrina Holmström ilə görüşəcək.
Şeyxülislamın Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşü də nəzərdə tutulur.