31 Avqust 2023 13:49
1283
ŞOU-BİZNES

ALLAHIN YARATDIĞINA DÜZƏLİŞ VERƏNLƏR 

Əvvəllər «malış» yeyən uşaqlar bir-birinə oxşayırdılar. Bu da təbii idi. İndi bu plastik əməliyyat çıxandan bütün qızlar, xanımlar hamısı bir-birinə oxşayır. Bəhsə-bəhsə hamı yüyürür Allahın yaratdığına düzəliş verən həkimlərin yanına. Bu da çox zaman faciə ilə nəticələnir.

Səhər-səhər televizyonda baxıram, plastik əməliyyat keçirən bir bloqqer xanım ağlaya-ağlaya bildirir ki, bədəni çürüyür, həkimlər də əlac edə bilmir. Heç demə, bir ayda 7 dəfə plastik əməliyyat keçirib.

Allah insanı necə lazımdısa elə də yaradıb və hər insanın təbii gözəlliyi var. Təbii gözəlliyinizi Allahın yaratdığına düzəliş verən həkimlərə etibar etməyin. Axırı bu bloqqer xanımın gününə düşəcəksiniz.