adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Yanvar 2016 15:09
59922
MÜSAHİBƏ

“Allah üzümə baxıb ki, möhürü evdə saxlamışam” - Millət vəkili - Müsahibə

VəhdətPartiyasının sədri, millət vəkili Tahir Kərimli Adalet.az-a müsahibə verib.

 Müsahibəsində ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirən Tahir Kərimli rəhbəriolduğu partiya ilə bağlı bir sıra önəmli məqamlara toxunub. Eyni zamanda devalvasiyanınqarşısını almaq üçün bir sıra təkliflər səsləndirib.

-Tahirmüəllim, növbəti devalvasiyadan sonra ölkədəki sosial-iqtisadi vəziyyəti necədəyərləndirirsiniz?

- Azərbaycandaictimai-siyasi vəziyyət sabitdir. Ancaq narahatedicidir. Böyük dövlətlərdəxarici siyasət daxili siyasətdən asılı olur. Ancaq Azərbaycan kimi kiçik dövlətlərdə xaricisiyasət daxili siyasətin davamıdır. Bu gün ABŞ və onun müttəfiqlərinin Rusiyanıçökdürmək planı dünya iqtisadiyyatına mənfi təsir göstərir. Neftin qiymətidurmadan aşağı düşür. Belə olan halda Azərbaycan iqtisadiyyatı da müəyyənbeynəlxalq təsirlərə məruz qalıb. Nəticədə manat 2 dəfə devalvasiyaya uğradı. Millivalyutanın dəyərdən düşməsi hər kəsə öz təsirini göstərir. Məhsulların, əsasəndə kənd təsərrüfatı məhsullarının, ərzağın qiyməti qalxıb. İxtisarlar başlayıb.Eyni zamanda süni qiymət artımı var. Bütün bunlar isə narahatedici vəziyyətyaradıb. Mən deməzdim ki, Azərbaycanda böhran var. Ancaq iraq olsun, müəyyəntədbirlər görülməsə, böhrana giriş mümkündür. Ona görə də, hökumət addımlaratır. Heç bir dövlətdə olmayan əməkhaqqı artımı təmin olunur. Bu məsələlərdüzdür, kompensasiya etmir. Ancaq bunun özü yüksək təəssürat yaradır. Başqaaddımların da atılması gözlənilir. Heç bir ölkə rəhbəri istəməz ki, xalq ondannarazı olsun.

-Büdcədəneftin qiymətinin 25-30 dollar arasında götürüləcəyi deyilir. Sizcə bu qiymətbugünkü reallığı özündə nə dərəcədə əks etdirir?

-Azərbaycanın 2 ilbundan öncəki icmal büdcəsi 25 milyard dollar idi. İndi təbii ki, 10 milyarddollar civarına düşüb. Azərbaycan öz milli valyutasını qorumaq üçün maliyyəresurslarını xərclədi ki, bəlkə neftin qiymətini 50 dollar civarında saxlayabildi. Ancaq bu gün neftin qiyməti düşür. Neftin qiyməti 10 dollar olsa,Azərbaycanda növbəti devalvasiya qaçılmaz olar. SSRİ-nin çöküşü zamanı neftinqiyməti hətta 8 dollara qədər düşmüşdü. Bu artıq neftin çıxarılma xərclərinibelə ödəmir. Güman etmirəm ki, o səviyyəyə düşsün. 25-30 dollar səviyyəsindəgötürülsə, bu real olar. Ancaq ümumən neftin bu qiymətdə götürülməsi büdcəxərclərinin ixtisarına səbəb olacaq. Sosial xərclər azaldılmayacaq. Mövcudvəziyyətlə bağlı bir sıra təkliflərimiz var. Artıq bu təklifləri hökumətəgöndərmişik. Təklif edirik ki, hazırkı şəraitdə Azərbaycanın xaricdə olanmaliyyə ehtiyatları ölkəyə gətirilməlidir. Həmin vəsait güzəştli şərtlərləsahibkarlara verilməlidir. Sahibkarlar 3-5 il müddətinə bütün vergilərdən azad olmalıdır.Çox ciddi addımlar atmaq lazımdır. Gömrükdə mal-idxal-ixracı zamanı rüsumlarıntutulması dayandırılmalıdır. Azərbaycan xalqı ticarəti bacarır. Bu addımatılarsa, o zaman 3 ay sonra ucuzlaşmaya nail olarıq. Böhran dərinləşməsin deyə,buna getmək lazımdır. Onsuz da bu puləriyir. Mən belə düşünürəm ki, əgərhəmin vəsait ölkəyə gətirilsə, 1 ilə 3 il müddətinə Azərbaycan özünü düzəldəbilər.

-Bahalaşmasizə necə təsir göstərib?

-Cəmiyyətdə başverən hallar topluma, qrupa, hər kəsə təsir edir. Bu gün bahalaşmaz var və butəbii ki, mənə də təsirsiz ötüşməyib. Bir məsələni də deyim ki, qonşusundaçətinlik olanda inanmıram ki, kimsə özünü xoşbəxt hesab edə bilər. Biz bubahalaşmadan qurtulmaq üçün aqrar sahəni inkişaf etdirməliyik. SSRİ dövründədövlət büdcəsinin 40 faizi kənd təsərrüfatından olan gəlirlər hesabınaformalaşırdı. İndi üzümçülük sahələri bərpa olmalıdır. Pambıq və digər kəndtəsərrüfatı məhsullarının istehsalına maraq artırılmalıdır.

-Ağsudada sahibkarların etirazları oldu...

-Onların tələbiölkənin hər yerində olduğu kimi süni bahalaşma və işsizlik idi. Onlarla görüşkeçirdik. Dərdlərini dedilər. Problemlərinin həlli istiqamətində aidiyyətiqurumlara tapşırıqlar verildi. Yeri gəlmişkən, bizim təkliflərimizdən biri dəDövlət Tədarük Kontorlarının yaradılmasıdır. Biz hesablama aparmışıq. Məlumolub ki, Azərbaycanda əhalinin 1 illik ərzaq ehtiyacını qarşılamaq üçün 400milyon manat vəsait kifayət edir. İndiki şəraitdə belə kontorların yaradılmasıilə vətəndaşlara ucuz məhsullar təklif olunar. Bununla yanaşı Ümumdünya TicarətTəşkilatına üzv olunmalıdır. Burda müəyyən şərtlər var, o şərtləri yerinə yetirməklazımdır. Eyni zamanda beynəlxalq maliyyə qurumlarının ayırdığı güzəştlimaliyyə vəsaitindən yararlanmaq lazımdır ki, ölkəyə valyuta daxil olsun.

-Özəlləşməməsələsi gündəmdədir...

-Bütün sahələrdə sistemliislahatlar getməlidir. Bu yaxınlarda korrupsionerlər ifşa olundu. Bunlarınəlindən alınan pullar birbaşa dövlət büdcəsinə yönəldilməlidir. Özəlləşdirməməsələsinə gəlincə, bəli, indiki halda bu mümkündür. Bu yolla dövlət müəyyənmaliyyə resursu əldə edə bilər ki, bu da ümumi ölkə iqtisadiyyatının inkişafınagətirib çıxaracaq.

-Tahirmüəllim, nədənsə Milli Məclisdə cari məsələlərin müzakirəsində sizi aktivgörmürük...

-Gəncliyində inqilabçı, orta yaşında islahatçı, dahayaşlı olanda mühafizəkar olmayan müdrik deyil. Bu, mənim yanaşmamdır. 90-cı illərdə Milli Məclisdə aktiv idim. Çünkio zaman gənc idim. İndi isə müəyyən məsələlər var ki, o məsələlərin müzakirəsindəiştirak edirəm. Hüquqi normativ aktların qəbulunda öz fikrimi, təkliflərimibildirirəm. Cari məsələlərin iştirakına gəlincə isə, o qədər cavan həmkarım varki, onlar məndən öncə yazılırlar. Mənə növbə çatmır...

-GələkVəhdət Partiyasına. 2000-ci illərdəpartiyada müəyyən parçalanmalar oldu. O zamandan bu yana mətbuatda və o cümlədənayrı-ayrı KİV-lərdə sizin fəaliyyətiniz o dərəcədə nəzərə çarpmır. Partiyanınneçə rayon təşkilatı var?

-Vəhdət Partiyası ozaman 7 partiyanın əsasında yarandı. Yarandığı gündən ölkənin ən aparıcı müxalifətpartiyasına çevrilməyi bacardı. Hətta cəbhə-müsavatın hökumətə yumşaqlıqları,gedib parlamentdə oturmalarını qəbul etmirdik. Vəziyyət belə olanda təkcəiqtidar deyil, müxalifət də düşdü üstümüzə və partiya parçalandı. Ancaq bütünbaş verən parçalanmaya baxmayaraq partiyanın sədr və aparatı heç vaxtparçalanmaya məruz qalmayıb. Daim işlək olub. Özü də bizim maliyyə resurslarımızelə də ciddi deyildi. Öz şəxsi vəsaitimiz hesabına bu partiyanı saxladıq.Partiya var ki, cəmi 1-2 nəfərdən ibarətdir. Ancaq görürsənki, hər gün KİV-lərdə məsələlərə münasibət bildirirlər. Aktivdirlər. BizimKİV-lə işimiz elə də ürəkaçan səviyyədə deyil. Bu bəlkə də mənim yumşaqlığımdanirəli gəlir. Çünki mən mətbuatla əlaqə qurmağa maraqlı olmamışam. Vəhdət Partiyası ideoloji cəhətdənmüsavatçılığın davamıdır. Dövlətə münasibətdə milli, cəmiyyətə münasibətdəsosial, fərdə münasibətdə liberal dəyərləri biososioloji uyarlığı ilə optimalyanaşmanı nəzərdə tutub. Bir növ Müsavatı müasirləşdirmişik.72 rayon təşkilatımız var idi, Şuşa, Xankəndi, eləcədə işğal altında olan rayon təşkilatlarımız var idi. Bəşir Səfəroğluda bir ofisicarə etmişdik. Əmlak komitəsi ilə müqavilə bağlayıb icarə haqqını aybaay ödəyirdik.Bir gün nazirliklərdən birinin rəsmisi (adını çəkmək istəmədi – Ə.Ə.) gəldi ki,bu bina bizimdir, çıxmalısınız. Onlar Partiyanın bütün sənədlərini apardılar.Allah üzümə baxıb ki, möhürü evdə saxlamışam. İndi də bir dostumuzun köməkliyiilə özümüzə qərargah yaratmışıq.

- Üzvləriniz nə qədərdir?

-Vallah bilmirəm.Sənədlərimizin 30-40 faizini hələ bərpa edə bilməmişik.

-Birçox açıqlamalarınızda sosial yönümlülüyünüzlə seçilirsiniz...

-Doğru deyirsiniz.Özüm milli olsam da, xasiyyətcə sosialam. Varlıları sevməmişəm. Qorbaçova ölümhökmündən sonra İsmayıllıda hakim kimi işləməyimə müəyyən problemləryaradılırdı. O zaman İsmayıllı camaatı 11 minə yaxın imza toplanmışdı. Tofiq İsmayılovatəqdim etmişdilər. 38 min də pul toplandı. Həmin pulla İsmayıllıda mənə bir evaldılar. İndi mənim şəxsi mənzilim təkcə o evdir. Mən o zaman pulumu Qarabağmüharibəsinə qoymuşdum. Bilən bilir. Heç nəyim yox idi. Kimlərsə o zaman XalqCəbhəsinə qoşulurdu ki, vəzifə, pul qazansın. Ancaq mən deyirdim ki, nəyə görə mən yaxşı yaşamalıyam xalq pis?Xalq da o zaman pis yaşamırdı. Məndən dəfələrlə şikayət edirdilər ki, Tahirxalqın içində dayanır.

-Partiyayarananda belə sizin sədrlikdə dəyişiklik olacağı gözlənirdi. Parçalanmanın birsəbəbi də bu göstərilir.

-Əvvəla onu deyimki, mən sədr olmaq istəməmişəm. Məcburi sədr olmuşam. Vəhdət Partiyasındatəmsil olunan partiyaların böyük hissəsi mənim sədr olmağımı istədilər.Razılaşma da belə idi ki, müəyyən dövrdən sonra sədr dəyişikliyi olacaq. Şərtkimi qoyulmuşdu. Ancaq sonradan elə oldu ki, o şərti qoyan insanla aramızdabağladığımız müqaviləni özü cırdı atdı.

-Ağsudaqərargahınız varmı?

-Yaxın gələcəkdədüzəlməlidir. Mən əvvəlki deputatın əziyyətlə qurduğu qərargaha yaxın durmaqistəmirəm. İstəyirəm yeni qərargah olsun. Ağsuda, eləcə də İsmayıllıda camaatməni çox yaxşı qarşılayırlar. Düzdür, bir çoxları narazılıq edir. Mən dəfələrlədemişəm, 20 faiz desə ki, Tahir Kərimli deputat seçilməyib, başqasıdır, məndərhal istefa verərəm. Camaat seçib. İndi mən neyləyim, imtina edim bundan??

ƏdilƏdilzadə