adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Oktyabr 2022 20:33
548
ŞOU-BİZNES

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Rusiyanın primadonnası Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum olub.

Puqaçova Moskva vilayətinin Qryaz kəndindəki lüks evini satmalı olduğu üçün Rusiyaya qayıdıb.

Bundan başqa o, həm də uşaqlarının sənədlərini məktəbdən götürməli imiş.

Puqaçova evini 1 milyard rubla satmağı planlaşdırır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayanda Alla Puqaçova uşaqları və həyat yoldaşı Maksim Qalkinlə birlikdə İsrailə uçub.

Avqustun sonunda sənətçi Rusiyaya qayıdaraq uşaqları məktəbə göndərib. Bir neçə gün əvvəl isə o, dönüşü olmayan biletlə yenidən İsrailə uçub.