adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Aprel 2020 14:40
15640
GÜNDƏM

Alın o 190 manatı, qoyun pulunuzun üstünə!

Anam 190 manat üçün "e-sosial”daqeydiyyatdan keçib. Üstündən bir həftə keçib, mesaj gəlib ki, hörmətli NazxanımƏliyeva, qeydiyyatda sizin adınıza maşın var, ona görə də sizə 190 manatdüşmür.

Deməli, atam 10-15 il əvvəl bir qohumuza anamınadına maşın alıb verib. O qohum da çoxdan maşını satıb kiməsə. Bəlkə o adam dabaşqa kiməsə satıb. Atam özü 7 ildir yoxdu. Yəni o maşın hal-hazırda nə bizdədi, nə də qohumda. Nə bilim, bəlkə də çoxdan metalloma-zada veriblər. 

Yaxşı edirsiz. O 190 manat, o da siz. Anamdan çoxsizin ehtiyacınız var, kasıb adamlarsınız. Biz də o maşını sürmək üçün benzin pulu tapmırdıq, dedik o 190 manatla benzin vurarıq maşına. Olmasın! Neyləyək?!

Bir gün ata oğluna 20 qəpiyi verib deyir ki, albunu, verərsən dilənçiyə.

Uşaq evdən çıxır, gedib Zeynəlabidin Tağıyevinqapısını döyür. Tağıyev qapını açır, uşaq onu görcək deyir:

- Alın bu pulu.

Tağıyev təəccüblə:

- Bu nə puldu?

Uşaq deyir:

- Atam dedi ki, bu pulu verərsən dilənçiyə, mən dəsizə gətirdim.

Tağıyev əsəbi halda:

- Ay əclaf, mən dilənçiyəm səninçün? Ələ salırsanməni?

Uşaq deyir:

- Bu pulu dilənçiyə versəm qədrini bilməyəcək. Bupulun qədrini siz daha yaxşı bilərsiz. Alın, qoyun pulunuzun üstünə.