Alimlər spirtli içkinin yeni faydasını aşkarladı
Alimlər ürək çatışmazlığı diaqnozu qoyulmuş yaşlı insanlarda ölüm riskinin azalması ilə mütəmadi, lakin az miqdarda spirtli içki qəbulu arasında əlaqə aşkarlayıb.
Azedu.az-ın məlumatına görə, bu barədə Vaşinqtonun Tibb Universitetinin mütəxəssislərinin araşdırmasında deyilir.
Müşahidə xarakterli araşdırmada ürək-damar sisteminin pozuntuları olan 393 pasiyent iştirak edib.
Məlum olub ki, həftədə yeddi dəfə və ya daha az standart porsiyalarda spirtli içkinin qəbulu, içməyənlərlə müqayisədə xəstələrin ömrünü 393 gün uzadıb. Diaqnozun qoyulduğu vaxtdan bəri orta sağ qalma müddəti 7,5 il təşkil edib.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19