Alimlər asteroidlərin təxmini Yerə düşmə vaxtını açıqlayıb

Astronomlar araşdırma aparıb. Və yaxın min il ərzində bizdən 1,5 milyon kilometr məsafəyə çatacaq ölçüsü 1 kilometrdən böyük olan təxminən 80 asteroidin adını açıqlayıb. Onlardan bəziləri bütün bu minillik ərzində təxminən bu aralıqda olacaqlar.
Tutaq ki, iki kilometr ölçülü (68950) 2002 QF15 942.000 kilometr məsafəyə yaxınlaşacaq. Bu, Aydan 2,6 dəfə uzaqdır. Xatırladaq ki, Ay bizdən 384 min kilometr aralıdır. Və eyni ölçülü (164121) 2003 YT1 404 min kilometrə qədər yaxınlaşacaq. Yəni bizə təxminən Ay qədər yaxın olacaq.
Həmçinin onlar Yerə daha da yaxın olacaq 28 belə asteroidin adını açıqlayıblar. Və burada, ilk növbədə, diametri 1 kilometr 100 metr olan (7482) 1994 PC1-ə diqqət yetirilir. Məsələ burasındadır ki, o, bir gün bizdən 80 min kilometr aralıda, yəni bizə Aydan beş dəfə yaxın olacaq. Və ümumiyyətlə, o, həmişə Yerə olduqca yaxın olacaq.
Bəs Yer üçün təhlükəli anları nə vaxta gözləyək? Məlumata görə, yaxın yüz ildə heç bir fəlakət gözlənilmir. Ancaq ondan sonranı proqnozlaşdırmaq artıq çox çətindir, çünki ilk baxışda əhəmiyyətsiz olan, lakin geniş zaman miqyasında vəziyyətə çox təsir edə biləcək bir çox şey var.
Digər Xəbərlər

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Ukraynada çoxsaylı vətəndaşlığa icazə verilib

Ermənistan Fransaya hərbi attaşe təyin edib

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Danimarka, Niderland və İsveç Ukraynaya silah yardımına qoşulacaq

Türkiyənin hava məkanında rekord tranzit uçuş qeydə alındı

15 iyul Türkiyə üçün lakmus sınağı rolunu oynadı - Ərdoğan
