adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Fevral 2017 17:17
8393
MƏDƏNİYYƏT

Alim Qasımov “O səs Türkiyə” haqda danışdı

Sənətçi hər yerə gedib, öz işini təqdim etməlidir.

Bu sözləri xalq artisti Alim Qasımov azərbaycanlı müğənnilərin "O səs Türkiyə” yarışmasında iştirakını tənqid edənlər haqda danışarkən deyib. O, gəncləri dəstəklədiyini bildirib:

"İndi gənclər o yarışmada yer tuta bilir, tuta bilmir - bu, onun öz işidir. Amma sənətçinin qabağını kəsmək olmaz. Qoy gedib oxusunlar, mən onları dəstəkləyirəm”.

Qeyd edək ki, "O səs Türkiyə” yarışmasında yarışan bir neçə azərbaycanlı heç bir izahat verilmədən yarışmadan uzaqlaşdırıldığı üçün bəziləri həmyerlilərimizin bu yarışmaya qatılmasına etiraz etmişdi.