adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Aprel 2017 15:42
22515
ELM VƏ TƏHSİL

Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 56200 nəfər elektron ərizəsini təsdiq edib. Aprelin 10-dək elektron ərizəsinin təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə aprelin 4-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, 14000 nəfər elektron ərizəsini təsdiq edib.

Qeyd olunan tarixə qədər elektron ərizəsinin təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.