Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Təhsil eksperti Kamran Əsədov ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayını açıqlayıb.
Ekspert bildirib ki, bu il ümumilikdə 47847 plan yeri ayrılmışdı. Nəticədə 42062 abituriyent ali məktəbə qəbul olunub, 5785 plan yeri isə boş qalıb.
I qrup: 2459 yer
II qrup: 2542 yer
III qrup: 142 yer
IV qrup: 354 yer
V qrup: 288 yer
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Ali məktəblərə qəbul ola bilməyənlər üçün boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust tarixində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində həyata keçiriləcək.(azvision.az)
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12