Alaba "Bavariya"nın yeni müqavilə təklifini rədd etdi
“Bavariya”nın futbolçusu David Alaba klubun yeni müqavilə təklifini rədd edib.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, Bundesliqa klubu 28 yaşlı müdafiəçiyə illik 11 milyon avro maaş olmaqla yeni müqavilə təklif edib. Lakin avstriyalı oyunçu bunu rədd edib.
Alabanın Münhen təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Futbolçu ilə “Real” və “Barselona” da yaxından maraqlanır.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan D.Alaba geridə qalan mövsüm 41 matça çıxaraq, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.
Digər Xəbərlər
05 May 2024 09:57
“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB
04 May 2024 13:37Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29