Aktyor: “Biz elə bir xalqıq ki, nə qədər çətinlik, haqsızlıq görsək də...”
“Şükür Allaha ki, o pandemiya dövründəki çətin günlər geridə qaldı. İndi teatrlar işləyir, tamaşaçılar da bilet alıb tamaşaya gedir. Təbii ki, pandemiya tək teatra yox, bütün sahələrə öz təsirini göstərdi”
Bunu Adalet.az-a açıqlamasında aktyor, Əməkdar artist İlqar Cahangir teatr günü haqda danışarkən deyib. Aktyor gələcəyə nikbin baxdığını və teatrımızın daha da inkişaf edəcəyini bildirib:
“İndi ümid edirik ki, son zamanlar aparılan islahatlardan sonra hər şey yaxşı olacaq. Biz də istəyirik ki, teatrımız inkişaf etsin, gənclərimiz aktyor sənətiylə məşğul olsun, iş yerləri, özəl teatrlar yaransın, teatrımızın gələcəyi parlaq olsun. Biz elə bir xalqıq ki, nə qədər çətinlik, haqsızlıq görsək də yenə müəyyən o fədakar insanların sayəsində hər bir sahədə inkişaf olacaq. O cümlədən də teatrda. Bütün sahələrdə bu cür fədakar insanlarımız var. Teatrımız tamaşaçıların sevgisi və dəstəyi ilə yaşayacaq. Yəni Azərbaycanda sənət heç vaxt ölməyəcək”.
Qeyd edək ki, bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur.
Vasif Əlihüseyn
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

