Aktrisa: “Toy sahibi mənə bir stəkan çay vermədi”
Aktrisa Sonaxanım Əliyeva el məclislərinin birində başına gələn hadisədən danışıb.
Adalet.az bildirir ki, ona məclislərin birində toy sahibi tərəfindən hörmətsizlik edilib:
“Bir dəfə toya getmişdim. O zaman mağar toyları çox olurdu. Mağar toyunda oxuyurdum. Bir saat dayanmadan oxuyuram. Yer də torpaqdır deyə toz qalxıb göy üzünə. Susamışam. Sonra yanımdakı həmkarım oxumağa başlayanda mən dayanıb, dincəldim. Gözlədim ki, indi mənə bir stəkan çay gətirəcəklər. Həm oxuyuram , həm də burda göyə qalxan tozu uduram axı. Birdən toy sahibi mənə yaxınlaşdı ki, bəs niyə oxumursan? Bura nəyə gəlmisən? Səni oturmağa çağırmışam? Dur, mahnı oxu. Onun bu sözünə o qədər əsəbləşdim ki, onlardan narazı qaldığımı tək özlərinə yox, həm də məclis əhlinə dedim. Mikrofonu götürüb “Sizin necə qonaqpərvər olduğunuzu yaxşı gördüm. Demək filan rayon(ad çəkmir) belə qonaqsevər imiş. Hörmətiniz üçün çox sağolun ki, qapınıza gələn qonağa bir stəkan çay da vermirsiniz” –dedim.
Düzdür, ondan sonra çay gətirdilər, yemək təklif etdilər. Ancaq bunun heç bir mənası yox idi. Necə deyərlər, daldan atılan daş topuğa dəyər”.
Əntiqə
Digər Xəbərlər
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57
Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”
04 Iyul 2026 09:00


Bakı -°C

