Akif Nağı:" Ermənistanın "31 erməni kəndi" iddiası sülh danışıqlarına böyük əngəldir"

"Ermənistanın baş nazirinin ofisi “Azərbaycanın nəzarətində olan 31 erməni kəndi” iddiası ilə bağlı məlumat yayıb. Xüsusən, Ermənistanın Baş naziri N.Paşinyanın “31 erməni kəndi”nin əhəmiyyətli əraziləri bu və ya digər şəkildə Azərbaycanın nəzarətindədir deməsi sülh danışıqlarını artıq dalana dirəyib".
Bunu Adalet.az -a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. O, bildirdi ki, Azərbaycanın Ermənistandan dəqiq mina xəritələri, işğal altında qalan kəndlərin geri qaytarılmasını, üçtərəfli bəyanatda qeyd olunan şərtlərə əməl olunmasını tələb etməsi erməni ictimaiyyətini narahat etdiyi üçün Ermənistan hakimiyyəti də Azərbaycanın mövqeyinə qarşı əks mövqe ortaya qoymağa çalışır.
Hamıya məlumdur ki, Qazax rayonun Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli və Naxçıvanın kəndi ermənilər tərəfindən işğal olunub. Yuxarı Əskipara, Bərxudarlı və Sofulu və Kərki artıq anklav yox Ermənistan ərazisində eksklav vəziyyətinə düşüb. Yəni hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.
Adıgedən yaşayış məntəqələri 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub".
A.Nağı onu da vurğulayıb ki, əgər bu gün Paşinyan hakimiyyəti ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, bu əraziləri də qeyd-şərtsiz təhvil verməlidir:" Ermənistan ilk öncə qeyri şərtsiz anklavları qaytarmalıdır. Onların yeni siyahı tərtib edərək yayması əslində Azərbaycanın nəzarətində olduğunu iddia etdikləri Yuxarı Şorca (Verin Şorca) və Aşağı Şorca, Sotk, Airk, Azat, Tretuk, Caghatsadzor, Kotakan, Norabak, Verkaber və s. ümumilikdə 31 kəndin yaxınlığında Azərbaycan qoşunlarının geri çəkilməsinə nail olmaq eyni zamanda Azərbaycan tərəfinin mövqeyini neytrallaşdırmaqdır.
Bəli. artıq aydın məsələdir ki, Ermənistanın Azərbaycana aid 31 kəndi "erməni kəndi" kimi siyahılaşdırması Azərbaycanın sülh sazişi üçün təkliflərinə İrəvanın əngəl törətməsindən başqa bir şey deyil.
Əlbəttə ki, Ermənistanda da bilirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizi və anklavlarla bağlı mövqeyi qətidir və Ermənistana bir qarış torpaq güzəştə getməyəcək. Azərbaycanın haqqıdır ki, hələ də erməni işğalında olan və beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərini azad etsin"deyə partiya rəhbəri fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında “bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir” fikirləri də Paşinyanı qorxudub. “Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışır və bunu tamamilə qəbuledilməz hesab edirik” deyə, o bildirib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Şuşada dördüncü yaşayış kompleksinin təməli qoyulub

Prezident və birinci xanım Daşaltı kənd məscidinin açılışında iştirak ediblər

Prezidentlə xanımı faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar - YENİLƏNİB + FOTOLAR

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR+VİDEO

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO

"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
