“Ailəmizdə heç kim kral olmaq istəmir” – Şahzadə
Böyük Britaniya taxtının vəliəhdlərindən heç biri hökmdar olmaq istəmir.
Bunu ABŞ-ın "Newsweek" jurnalına müsahibəsində Böyük Britaniya kraliçasının II Elizabet nəvəsi, şahzadə Harri bildirib.
"Kral ailəsində kimsə kral və ya kraliça olmaq istəyən varmı? Düşünmürəm”, -deyən Harri əlavə edib ki, istəklərindən asılı olmayaraq Britaniya Kral ailəsinin bütün üzvləri vaxtı gələndə öz səlahiyyətlərini yerinə yetirməyə hazırdırlar.
Digər Xəbərlər
28 Aprel 2024 15:13