03 May 2013 13:04
19847
ƏDƏBİYYAT

“Ailəmin içində də, çöldə də qəribəm”

«Dostunu göstər, sənin kim olduğunu deyim». Bu məşhur ifadə öz ününə qədər doğruldur?! XXI əsrdə,dünyanın Barak Obamanın saçına dönübqiyami-qiyamətə getdiyi bir zamanda,dünən əlindən öpüb, «dostum, qardaşım» dedikləri Qəddafilərin  sabah başına bomba tökdürdükləriBerluskonilərin at elində cövlan etdikləri bir dövrdə, kreslo ilə bərabər itirilən dostlarçağında kimsə dostunu göstərə bilərmiki, onun kimliyini deyək?!

Amma dünya nə qədər fani olsada,bu qırdı-qaçdı zəmanəsində biz dostluğa və dostlara inanırıq. Ona görə də üz tuturuq Füzuli kimi dostları bipərva» olmayan məşhurlara.

«Dostunu göstər…»rubrikamızın bugünki qonağı Azərbaycan Yazıçılqar Birliyinin üzvü Zakir Fəxridir

Tanıtım: ZakirFəxri 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olub. Yevlax 1 saylışəhər orta məktəbində səkkizinci sinfini, 2 saylı şəhər orta məktəbinin axşamfəhlə-gənclər şöbəsini gümüş medalla bitirib. Əmək fəaliyyətinə çilingər kimibaşlayıb. Azərbaycan Dövlət Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxilolub, institutu bitirdikdən sonra "Azərbaycan gəncləri" qəzetiredaksiyasında ştatdankənar müxbir işləyib. "Ulduz" jurnalıredaksiyasında ədəbi işçi, Azərbaycan Tərcümə Mərkəzi sədrinin müavini,əlaqələr şöbəsinin müdiri olub.

Hazırda"Xəzər" jurnalının tərtibatçılarından biridir. "Azərbaycangəncləri" qəzetində 1972-ci ildə çıxan "Unutmaram","Yollar" şerlərindən sonra dövri mətbuatda müntəzəm çıxış edir.Şeirlərinə mahnılar bəstələnmişdir. "Xatirə çiçəyi", "Bir ömrüntarixi" kimi irihəcmli kitabların müəllifidir.

Adalet.az yeni rubrikaya startverir. Adı: "Dostunu göstər…” Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinəeyni suallarla müraciət edəcəyik. Dünyanın vəfasız dövrə uça-uça gəlib çatmasıdostluq məhfumunu məhv etməyib ki? Öyrənək. İlk müsahibimiz, hər kəsinsevə-sevə oxuduğu şair, yazıçı, tərcüməçi Zakir Fəxridi.

- Dostluğa inanırsınızmıÜmumiyyətlə,dost sizin üçün nə deməkdir?

-Dostluğa inanmamaq qeyri-mümkündür. İmam Həsən Bəşirlinin bir sözü var: «Dostlar bizimlədir, çünki ilahidəndir. Ailə və uşaqlar,bu dünyanındostları bizim rəqiblərimizdir. Dost Allahdan olan birşeydir. Dostluğa inanmamaq olmaz.Onda gərək nə SÖZə, nə də YARADANa inanasan…

- Bir mahnıdadeyildiyi kimi, «…dost ya bir olar, ya iki» bu fikri qəbul edirsinizmi?

- Bu, hər hansı şairin subyektiv fikridir. Mən bu fikirlərlərazılaşmıram. İndiki durumda biznesmenlərin yüzlərlə biznesmen dostu var…

- Dost dar gündə bilinər. Belə birgününüz olubmu və o dost bilinibmi?

- Belə günlərim dəfələrlə olub və o dostlar dəfələrlə bilinib. Ən ağırgünün DOSTu mənim son kitabımda var, «Rekviyem»də.

- Sizi yarı yolda qoyan dostunuzolubmu?

- Əstağfürullah, xeyir

- Bəs siz necə, dostunuzu yarıyolda qoymusuzmu?

- Bu, mümkünsüzdür.

- Dostluqda ən çox hansı keyfiyyətə üstünlük verirsiz?

- Vaqif Bayatlı deyir:

Evimizin divarındakı çatlar

Çat verən dostları

Sıranıza düzə-düzə,

Nə qədər günahları vardı,

Bağışladım sizə!

Çat verən dostlarınız olubmu və Siz də Vaqif Bayatlı kimi onların günahlarınıbağışlamısınızmı?

Vaqif Bayatılının bu şeirisevdiyim şeirlərdəndir. Allah bağışlayandırsa, biz qullar da bağışlayarıq.

- Vahid Əziz deyir:

Dost kimi sonradan tapdıqlarımı,

Sonradan tanıyıb dost kimi atdım.

Sizin də sonradan tanıyıbatdıqlarınız olubmu?

-Bu, onun suibyektiv fikridir, bu sual mənə aid deyil.

- Biz deyirik: «Dostunu göstər,sənin kim olduğunu deyim».Almanlar isə bununtam əksini deyir: «Düşmənini göstər, səninkim olduğunu deyim».Almanların deyimi ilə nə qədər razılaşırsız?

- Bu almanların deyimi deyil. Qədim sufilərdə belə bir deyim var: İmam Qəzaliyəonun təlim keçdiyi dərvişlərdən biri yaxınlaşıb deyir: «Şeyx həzrətləri, mənimdərəcəm nə qədərdir»-deyə sual edir. Cavabında «Kimlə oturub-durursan? Kimləoturub-durursansa o qədər». Yəni, bizdə1500 ildir, bu hikmət var.

- "Dust bipərva, fələk birəhm,dövran bisükun. Dərd çox, həmdərdi yox,düşmən qəvi, tale zəbun!”Füzulininbu məşhur beytini xatırladığınız vaxtlar olurmu?

- Olub. Belə bir məqamım olub.Füzuli bunu deyəndə öz ətrafına baxırdı.Yozumu düzgün deyil. Bu, mənimpoeziyamda da var. Mən ailəmin içində də, çöldə də qəribəm. Ancaq dost yanındaözümü qərib saymıram.

Dost tut, Yaradanla dost olan kəsi,

Sözün hikmətindən məst olan kəsi,

Sev dünya malına qəsd olan kəsi,

Cavid Qənbəroğlu, yalandı dünya,

Gözəl qız cildində ilandı dünya.

- Və nəhayət, dostunuzu göstərəbilərsinizmi?

- Mənim adım Zakir Fəxridir. Bu ad yetərlidir. Yetərincə dostum var.Yəni, Allahı tanıyan hər bir kəslə dostuq. Həm vicdan, həm əxlaq yiyəsi,həmdoğru, həm çörəyi tən bölən, həm də yıxılana arxa duran insanlar istər-istəməzböyük mənada DOSTdur.