adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Aprel 2019 15:09
89522
MÜSAHİBƏ

“Ailələrin dağılmasının ən başlıca səbəbi virtual həyatın genişlənməsidir” –MÜSAHİBƏ


Ölkəmizdə son illərdə ildırım sürətilə baş verən boşanma halları,abort cinayətləri, etnopsixologiyamızın məhv edilməsi vədigər bu kimi hallarla bağlı müstəqil ekspert psixoterapevt Murad Nəsirovlasöhbətimiz baş tutdu.

-Muradmüəllim, zəhmətolmasa özünüzhaqqındaqısaməlumatverərdiniz

-1975-ciildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyayagəlmişəm. "TexnikiTəbiətElmlərilitseyinibitirmişəm. 1992-ciildə ilkdəfə test üsüluilə imtahanverənlərdənbirikimiTürkiyənin İstanbulDövlətUniversitetinin "Psixologiyafakultəsinə daxiloldum.

-Niyəməhzpsixoloqixtisasını seçdiniz?

-Həqiqətə qalsa 11-cisinifiqurtaranaqədərtibbuniversitetinəqəbulolmaqistəyirdim. Sonralarbizə rusdilitədrisedənTofiqmüəllimmənə psixologiyailə məlumatlar, mülahizələrverərəktəsiretdi. O, Moskvadapsixologiyaüzrə təhsilalmış, uzunmüddəthəmpsixologiyanınmüxtəlifsahələri, həmdə parapsixologiyailəməşğul olmuşdu. Çox təəssüflər olsun ki, həmin dövrdəBayramov/Əliyevin müəllifləri olduğu "Psixologiya” kitabından başqa əlimizdəikinci bir kitab yox idi. Ona görə də ölkəmizdə o qədər də dəbdə olmayan birixtisasa maraq yarandı və onun dərinliklərinə baş vurmaq qərarına gəldim. Əvvəlcəİstanbul Dövlət Universitetinin "Klinik psixoloq” ixtisası üzrə bakalavr,Türkiyə, Rusiya, Ukraynada təkmilləşdirmə kursları, nəhayət Gəncə DövlətUniversitetinin "Uşaq və yaş psixologiyası”üzrə magistr pilləsində təhsil almışam.

-Murad müəllim,qloballaşan multikulturalizm dövründə etnopsixologiyanın sıxışdırılaraq kənaraatılması nə dərəcədə doğrudur?

-Bu gün elmi-populyar, motivasiya və digər bu kimikitablar nəşr etdirilir. Kitabların nəşr olunması müsbət haldır. Onlar içərisində"Düşün varlan”, "Zənginliyin açarı”, "Qadınlarla tanış olma yolları” və s. bukimi kitabları oxuyub özünü "psixoloq” hesab edənlər hədsiz dərəcədə çoxalıb.Bir məsələni unutmayaq ki, kitabın besseller olması heç də onun həqiqət olmasıdemək deyil. Məsələn, "Qadınla tanış olmanın sirləri” haqqında kitab yazanamerikalı bir yazıçı o kitabı öz yaşadığı cəmiyyətin qadınlarını analiz,müşahidə etdikdən sonra qələmə alıb. Yəni ABŞ əhalisinin psixologiyası,davranışı, yaşam tərzi, həyata baxışı doğru olan Azərbaycanda yaşayanlar üçün dədoğrudur demək deyil. Ona görə də motivasiya janrındakı besseller kitablar hərxalq üçün keçərli deyil, hətta bəzən o tip kitablar qarşıdurmaya da gətiribçıxara bilər.

Əgər Qərbdə iki əks cins bir-birilə rahat şəkildəintim mövzulardan söhbət edirsə, Azərbaycanda nəinki söhbət, hətta bu mövzudaelementar suallar verdikdə əksər hallarda səmimi cavab ala bilməzsən. Eləcə də bizim bir çoxyaşam tərzlərimiz qərblilər üçün yolverilməzdir.

Bu dediklərimə bariz nümunə kimi 1986-cı ildə ABŞilə SSRİ arasında təşkil olunan"Telemost” verlişində Leninqrad şəhəri ilə Boston şəhərinin qadınlarıarasında virtual müzakirə gedirdi. Müzakirə nəticəsində intim münasibətlərdənsöhbət düşəndə rus qadınlarından biri, bu gün də populyarlığını itirməyən birifadə bildirdi: "Bizdə seks yoxdur”! Bu ifadə amerikan qadınları arasında təəccübvə gülüncə səbəb oldu. Ardınca həmin qadın: "Bizdə sevgi var”, digər qadın isə:"Bizdə seks var, amma sizdəki kimi hər şeyi seks üzərində reklam edilmir”! kimicavablar verildi. Bu misal bir daha onu göstərir ki, etnopsixologiya hər zamanöz təsirini göstərir.

-Azərbaycandaailə institutu ildırım sürətiylə dağılmağa doğru gedir, artıq hər 4-cü nikahboşanma ilə nəticələnir. Sizcə bu cür mənfi inkişafın səbəbi nədir?

-Mən 4-cü yox, hətta daha çox deyərdim. Siz qeydetdiyiniz rəsmi rəqəmlərdir, bəs qeyri-rəsmi statistika?!

Mənim şəxsi müşahidəm və araşdırmalarıma görə ailələrindağılmasının ən başlıca səbəbi virtual həyatın genişlənməsidir.

Ötən əsrin 70-80-ci illərində "Rabınya İzaura”, "Zənginlərdə ağlayır”, "Santa Barbara” və s. bu kimi seriallar bütün SSRİ məkanındanümayiş etdirilməyə başlandı. Bir çox insanların dilindən az eşitmədiyimiz – "bizim əxlaqımızı seriallar pozdu” ifadəsi var. Bu ifadədə həqiqət olsa da, əslindəhəmin seriallarda təbliğ olunan ən birinci xüsus ticarətlə məşğul olan şirkətlərinöz istehsal etdikləri məhsullarına tələbatın artırılması məqsədi durur. Yəni25-ci kadrlar vasitəsilə seyrcilərə təbliğ edilir.

Məsələn, sosial şəbəkələrdə, reklamlarda, filmlərdə,televerlişlərdə, kliplərdə "Hot Doq”, "Pizza” kimi yeyinti məhsulları, yarıqcinslər, mini yubkalar, lasinalar, kimi geyim vasitələri, təbii ətirlər,qızıl-zinət, bədənin müxtəlif hissələri üçün pirsinq, məişət avadanlıqları vəs. kimi məhsullar məşhur müğənni,futbolçu, porno model və ya aktyorlar vasitəsilə təbliğ edilərək insanlarınşüur altına yeridilir. Bütün bunları görən insanlar öz-özlüyündə deyir: "mənniyə bunları dadmayım, geyinməyim, istifadə etməyim”? Belə istəklərindən dolayıbiz və digər üçüncü dünya ölkələrində xarici şirkətlər öz filiallarınıyaradırlar ki, bu da yeni-yeni iş yerlərinin açılması, təbliğatların daha daaçıq-aşkar aparılması deməkdir.

-Bəs sosialiqtisadi məsələlərin pis olması və cütlüklər arasında intim harmoniyanın düzgünhəyata keçirilməməsi kimi hallar ailə dağılmasına təsir etmirmi?

-Yenə təkrar edirəm ki, iqtisadi-sosial amilin əsasqaynağı sosial şəbəkələrdə, televiziya kanallarında nümayiş etdirilənreklamlardan qaynaqlanır. Sözüm hamıya aid deyil, amma bu gün "rəfiqəmə əribahalı palto, qızıl kolye, brilyant üzük, maşın və s. aldı mən də istəyirəm”deyərək ərindən tələb edən və istəyi yerinə yetməyəndə ailəsini dağıdan"qadınlar”, həmçinin gedim özümə bahalı maşın, telefon alım, bu gün dənizdəyaxtada dostlarımla kabab yeyim evdəkilərin ehtiyaclarını sonra həll edərəm”deyərək ailə başçısı funksiyasını yerinə yetirməyən "kişilər” çoxdur.

İkinci, əgəriqtisadi amil əsasdırsa, o zaman loru dil ilə desək pullarını balta kəsməyəndünyaca məşhur hollivud ulduzları, iş adamları, multi milyonerlərin böyük əksəriyyətiən azı 4-5 dəfə evlənib, boşanıblar. Axı gərək bu tip insanların heç vaxtproblemləri olmayaydı.

Üçüncü, intim hormoniyaya gəlincə heç kim buprossesin vacibliyini inkar etmir, amma bir neçə il, hətta 10-15 il evli olubda birdən-birə "bizim aramızda cinsi yaxınlıq istədiyimiz səviyyədə deyil deməknə səmimidir, nə də ailəni dağıtmaq üçün əsas.

Dördüncü, iqtisadi şəraiti yaxşı olanlar intimhormoniyanın istədikləri kimi olmadığından, iqtisadi, cinsi həyatları yaxşıolanlar keçinə bilməməkdən şikayət edəcək. Qısası boşanmaq istəyənlər min bircür bəhanə gətirəcək.

Beşinci, Azərbaycanda bu qədər boşanma var deyərək,boşananları birbaşa qınamaq çıxış yolu deyil. Bəli, ailələrin bu cür sürətliartan şkala üzrə dağılması millətin faciəsidir, amma bu prosseslərin ciddi şəkildəaraşdırılmasına ehtiyac var.

Hələ boşanmalar azmış kimi son 5 ildə evlənmə təklifietmə sindromu da yaranıb.

-Necə?

-Baxın, oğlan bir qızdan xoşlanır, sevir. Tezlikləbu hissini qıza bildirir, zərif cinsdə bu istəyə qarşılıq verir. Altı ay, biril, il yarım onların izdivacı olur. Elə ki, münasibətlərini rəsmləşdirməyə gələndəzərif cins nümayəndəsi dilə gələrək: "Məni sevirsən çox gözəl, mən də sənisevirəm, amma gərək mənə orijinal evlənmə təklifi edəsən ki, valeh olum”. Yəni,bir-birini istəyən cütlüklər arasında qarşılıqlı sevgi, nəvaziş olmasına baxmayaraq,oğlan üçün "necə evlilik təklif edim” kimi süni problem ortaya çıxır. Artıq biroğlanın sevdiyə qıza mən səninlə ailə həyatı qurmaq istəyirəm deməyi kifayətetmir.

Məsələn, filan oğlan yaxta kirayəliyərək öz sevdiyiqıza orda evlənmə təklifi etdi və gecəni orada keçirdilər. Yaxud filan oğlansevgilisi olan qızı "Hilton” restoranında bahalı bir şam yeməyinə dəvət etdi,sonrada ona briliyant üzük təqdim edərək, diz çöküb həyat yoldaşım ol deyə,yalvardı. Nə qədər qız reallığı nəzərə almadan bu cür "örnək”lərin özüüçün arzu edən və bu gözləntiləri də həyatakeçmədiyindən psixoloji sarsıntı, depressiya keçirir.

-Bəsinsanların beyninə yeridilən "gender bərabərliyi” ailə institunun dağılmasınaöz təsirini göstərirmi?

-Əlbəttə! Bilirsiniz, bizə azadlığı, gender bərabərliyini,müasirliyi təbliğ edənlər öz məqsədlərinə uyğun təbliğ edir. Eləcə dəinsanlarımızın böyük bir hissəsi azadlığı, müasirliyi, gender bərabərliyini tərsinəanlayır. Gender bərabərliyi insanları öz təbii vəzifələrindən uzaqlaşdırıb.Artıq insanlar problemsiz həyatı yalnız yaşamaqda görür. Bu da istehsalçılarınişinə yarayır. Bu gün dünyada çox məşhur olan robot kuklalar istehsal olunur. Orobot kuklalar ki, insanlarla intelektual söhbət edə biləcək səviyyədədir.

Hər bir insanın cinsiyyətindən asılı olaraq həyatdabir rolu var. Yəni, qadın ilə kişinin rolları fərqlidir. Nə qədər gender bərabərliyindəndanışılsa, təbliğ olunsa da, bir çox məsələlər onsuz da nəzəriyyədə qalır. Hərbir kişi qadının, eynilə hər bir qadın kişinin etdiklərini edə bilməz. Qadınlarromantik düşünən, kişilər isə daha çox fiziksəl düşünən varlıqlardır. Alimlərinaraşdırmalarına görə qadın ilə kişi iki fərqli pazılın, iki fərqli detalıdır.

Hər hansı kişi bir qadın gördüyü zaman çox kiçikmüddət beynin düşünmə mexanizmi dayanır. Həmçinin kişi bir qadın gördüyü zamanondan cuzi də olsa hər hansı hərəkət fərqliliyi hiss etsə, onu özünə qarşı birjest bir jest hesab edir və 40 saniyə içində təkrar ona dönüb baxır. Qadın üçünisə, kişidə jest kifayət etmir, çünki olnar daha geniş düşünən varlıqdır.

İndi deyəcəyim ifadəni xahiş edirəm xanım oxucularbaşqa yerə yozmasın, amma bu reallıqdır ki, qadın problemsizlikdən problemyaratmağa meyilli bir varlıqdır.

Məsələn, yağışlı havada kömək etmək məqsədilə birkişi idarə etdiyi maşınını saxlayayıb: "gedəcəyiniz yer yolumun üzərindədirsəsizi aparım” – deyə, təklif edər. Təklifi alan qadın kişinin məqsədi xaricindədüşünmədiyi beynində 100 ssenari (istər müsbət, istər mənfi) qurar. Ümumiyyətləqadın hesaba alınmayan çox detalı nəzərə alaraq düşünür.

Kişilər ehtimalı az olan detalları kənar edərək,problemli situasiyalarda qadından daha sürətli düşünüb tez reaksiya verməyibacarır.

Kişinin paltarında düymələr sağ tərəfdə olduğuhalda qadında soldadır və s. bu cür misallar çox çəkə bilərəm, bunlarınhamısının bir açıqlaması var, bu fərq boşu-boşuna ortaya qoyulmayıb. Eləcə dəidman yarışları, cinayət törətdiyi zaman qadınlara qoyulan normativlər, cəzalarfərqlidir.

-Murad müəllim,Skandinav ölkələri olan İsveç ilə Norveçdə uşaqları ənənəvi yolla tərbiyə etmək,uşağı öz cinsinə görə çağırmaq, davranmaq və s. inzibati və cinayət pozuntusuhesab edilir. Sizcə bu cür hal nə dərəcədə doğrudur?

-Dediyiniz halla uşaqları degeneratlaşdırırlar.Bununla da homoseksualizm, transseksualizmin normal bir oriyentasiya olduğuyeridilir. Məsələn, ABŞ və bəzi Qərbi Avropa dövlətlərinin ailə qanunlarındaata-ana anlayışı, valideyn 1, valideyn 2 sözləri ilə əvəz edilib. Bu dəyişikliyinəsas səbəbi LGBT nümayəndələri rahat şəkildə övladlığa uşaq götürə bilməkləriüçündür.

-Bəzi mütəxəsislərbelə hesab edir ki, homoseksual, transseksual cütlüklər tərəfindən tərbiyə edilənuşaqlar, heteroseksual ailələrdə böyüyən uşaqlarla müqayisədə daha çox fiziki,psixoloji zorakılığa məruz qalırlar. Burda həqiqət payı nə qədərdir?

-Sualınıza sual ilə cavab verim : "İnsanın özününolmadığı bir şeyə nə qədər qayğı göstərə bilər”?

-Bir növehtiyac və həvəsi olan qədər.

-Eyni ilə qeyri-ənənəvi oriyentasiyalı insanlarınhimayəyə götürdükləri uşaqlara olan qayğıları öz ehtiyac, həvəsləri qədərolacaq.

Təbii ki, istisna halda bəzi LGBT nümayəndələriuşaqların öz bioloji valideynlərindən daha yaxşı qəyyum ola bilər, amma bir dahatəkrar edirəm bu çox istisna haldır. Əgər bir çox insanlar ümumiyyətlə cinsiyyətinolmamasını normal qəbul edirsə, onların üçün uşaq məhfumu da arxa plana keçir.Bir çox psixoloq, sosioloqlar var ki, faktlarla ortaya qoyduğu müstəqilaraşdırmaları ilə verdiyiniz sualla geniş şəkildə cavab verib. Mən indi durubbir-bir onların hamısının adlarını çəkmək istəmirəm. Amma ABŞ-ın Texas Universitetininsosiologiya üzrə elmlər doktoru Mark Reqnerusun araşdırmasını xüsusi qeyd etməkistəyirəm.

Həmin sosioloq alim 2010-2012-ci illərdə həmheteroseksual, həm də qeyri oriyentasiyalı "cütlüklərin” ailəsində tərbiyəolunan uşaqlar üzərində araşdırma aparıb. Tədqiqat nəticəsində bəlli olub ki:

-Övladlığa uşaq götürən homoseksual 25% dəri spid,sifilis, QİÇS, dəri zöhrəvi xəstəliklər daşıyıcısıdırlar, heteroseksual ailələrdəbu göstərici 8%-dir;

-Homoseksual ailələrdə tərbiyə olunan uşaqların qəyyumları40%-i tez-tez xəyanətlə və ya portnyorlarını dəyişməyə məruz qalır,heteroseksual ailələrdə bu 13% təşkil edir;

-Homoseksual cütlüklər tərəfindən tərbiyə olunanuşaqların 24%-i böyüdükdən sonra özlərinə qəsd etdiyi halda, heteroseksual ailələrdəböyüyən uşaqlar içərisində bu hal 5%-dir;

-Homoseksual ailələrdə tərbiyə olunan uşaqların25%-i öz qəyyumları tərəfindən məcburi şəkildə cinsi əlaqəyə məcbur edilib.Heteroseksual ailələrdə belə hal 8%-dir;

-Homoseksual cütlüklər tərəfindən tərbiyə olunanuşaqların 19%-i sonralar psixoterapevtə müraciət edir, heteroseksual ailələrdəisə bu göstərici 8%-dir.

-Murad müəllim,nə üçün bizdə insanların böyük əksəriyyəti şəxsi, ailə, övladları ilə problemlərdəpsixoterapevtə yox, mollaya, seyidə, hacıya, sınıqçıya, falçıya müraciət edirlər.Bu güvənsizlikdir yoxsa cəhalət?

-Hər ikisi. Ilk növbədə onu deyim ki,insanlarımızın böyük bir hissəsi hələ də psixiatr ilə psixoloqu səhv salırlar,yəni psixoterapiyanın nə olduğunu anlamırlar. Güvənsizlik isə əsas pay sahibiverlişlərə çıxaraq özünü reklam edən "div psixoloq”ların sayəsindədir. Adlarınıaçıqlamaq istəmirəm, amma psixoloji problemləri olan pasiyentlərin okateqoriyadan olan "psixoloq”ların yanına seanslara gedərək daha da vəziyyətləriağırlaşan şəxslərin sayı həddən çoxdur.

-Yəni cəmiyyətimizdəbu qədər çox istismarçı psixoloqlar var?

-Kifayət qədər var

-Bəsinsanları necə maarifləndirmək lazımdır ki, istismarçı "psixoloqların”qurbanına çevrilməsin?

-Birinci, psixoloq diplomuna sahib olmaq hələpsixoterapevt olmaq demək deyil.

Ikinci, klassik psixoanalizi götürsək özü psixoanalizdənkeçməyən insanın durub başqalarını psixoanaliz etməsi mümkün deyil. Lori dildədesək özünü tanımayan insan kimisə tanıya bilməz!

Üçüncü, psixologiya üzrə nəzəri biliklər aldıqdansonra psixoterapevt olmaq istəyən hər kəs bir neçə il supervayzerin rəhbərliyialtında praktika keçməlidir. Praktik fəaliyyət zamanı qaranlıq qalan, çətinlikçəkdiyin bütün mövzuları onunla müzakirə etməlisən. Yalnız bəlli bir zamankeçdikdən sonra müstəqil psixoloq kimi fəaliyyət göstərmək olar.

Dördüncü, digər inkişaf etmiş ölkələrdə olduğu kimivahid psixoloji mərkəz yaradılmalıdır. Birinci mərhələdə psixoterapevt olmaqistəyən hər kəs orda qeydiyyatdan keçməli, ikinci mərhələdə isə attestasiyaimtahanı verilməlidir. İmtahan son dərəcə şəffav şəkildə aparılmalıdır.

Psixoloq, psixoterapevt bilavasitə və dolayı insantaleyilə iş görür, ona görə də hər psixoloq diplomuna sahib olanlarapsixoterapevt kimi fəaliyyət göstərməsinə imkan vermək olmaz!

Bu gün gündəm də "hegemon psixoloqlar” televiziyaverlişlərinə çıxaraq başlayırlar bəzi düzgün addım atmayan qadınları qınamağa: "sizyaxşı qadın, yaxşı ana olsaydınız yeni dünyaya gəlmiş körpənizi kiminsəqapısına atmısınız, sizin insanlığınız yoxdur” və s. bu kimi ifadələrləqınamağa. Verlişin qapısından içəri daxil olandan çıxana qədər yalnız insanlarıdamğalamaqla məşğul olan bu tip "psixoloqlar” anlamırlar ki, qeyd olunan xoşa gəlməyənhərəkəti edən qadının həmin situasiya anındakı psixoloji vəziyyəti mütləq nəzərəalınmalıdır. Bəlkə insanı bu işə məcbur edibdilər?

-Bəs iki-üçgünlük körpəni boğub zibilliyə tullayan, benzin töküb yandıran, dənizə atan vəs. bu kimi sadizm, mizantropluq, nekrofillik edənləridəmi qınamayaq?

-Xahiş edirəm ki, məni oxucular səhv anlamasın. Əlbəttəmən o cür qeyri-insani hərəkətlər edənlərə haqq qazandırmıram. Hüquqda cinayətinbaş vermə səbəbi incəliyinə kimi araşdırıldığı kimi cinayət törədən şəxslərinpsixoloji durumları da mütləq araşdırılmalıdır. Bəlkə bu cinayəti edən insanpsixoloji, ruhi xəstədir. Psixologiyanın əqli psixologiya deyilən bir sahəsivar, həmin sahə üzrə psixoterapevtlər olan ekspertlər bu cür xoşagəlməz hallarayol vermiş şəxslər barəsində araşdırma aparıb rəy verməlidirlər.

-Murad müəllim,abort cinayətləri də son illərdə pik həddə çatıb, hətta 2017-ci ildə 37 mindənçox abort etdirənlərdən 1600-dən çoxu yaşı 14-16 yaş arası olan məktəblilərdir.Bu göstəricilərlə hara gedirik?

-Abortun son illər daha da çoxalmasının da əsas səbəbiyuxarıda qeyd etdiyim virtual həyatın genişlənməsidir. Məsələn, beş-altı il həyatımızıyaşayaq, sonra uşaq haqqında düşünərik, əşşi geridə qalmış insanlar kimi çoxuşaq etmək lazım deyil, bir uşaq bəsdir və s. bu cür düşüncədə olan insanlarçoxdur, ona görə də abort çiçəklənir.

Məktəblilər içərisində abortun baş alıb getməsindəisə əsas səbəbi valideynlərin övladlarına həddin artıq liberal münasibətin göstərilməsidir.Təbii ki, erkən yaşında evlilikləri də istisna etməyək. Baxın bir çox valideynlərdüşünür ki, əşşi bizə böyüklərimiz çox məhdudiyyətlər qoyulub, kefimiz istədiyikimi yaşamamışıq və s. bu kimi yalnış etiraflarından dolayı qızlarına hər yerdəyaşıl işıq yandırırlar. Hədsiz sərbəstliyə düşən qızlar da bir çox şeylərindadına baxır. Hətta qızlar var ki, 15-16 yaşı olmasına baxmayaraq artıq yeddi-səkkizpartnyoru olub. Bütün bunlarında hamısısonda abort hüququndan geniş istifadəyə gətirib çıxaracaq.

Bu gün avropa miqrant axınının qarşısını almağa istəyir,eyni zamanda da onlara möhtacdır, çünki həmin Avropa dövlətlərinin özününqoyduğu liberal, demokratik qanunlar demoqrafik problemə gətirib çıxardı.Baxın, Fransa kimi inkişaf etmiş bir ölkədə yuxarı orta səviyyədə yaşayanfransızların orta hesabla götürəndə bir övladları olduğu halda həmin ölkədəsiyasi sığınacaq alaraq yaşayan fəhləlik edən ərəbin, afrikalı miqrantın Fransadoğumlu ən azı 3-4 uşağı var.

Xüsusi halları çıxmaq şərti ilə abort cinayətdir vəqadağan olunmalıdır. Eləcə də psixoloqlar, sosioloqlar, ictimai və din xadimlərixalqa abortun millət üçün faciəyə gətirib çıxaracağı ilə bağlı maarifləndirməaparılmalıdır.

-Erkənnikahların qarşısını almaq üçün nə təklif edərdiniz?

-Birinci növbədə bir çox televiziya, şou proqramlarınyayımı dayandırılmalı, bəzi ədəbiyyatlara mütləq senzura və yaş həddiqoyulmalıdır.

Bu gün beş dəfə ailə həyatı qurub boşanan insanlarıailə səadətindən, heç vaxt ailə həyatı qurmayan birindən necə yaxşı valideynolmaq barədə efirə çıxarıb danışdırırlar. Ailə, uşaqlar, necə valideyn olmaqlazımdır kimi xüsusi mövzulara bu tip insanların çıxarıb, fikirlər bildirməsiyolverilməzdir. Sonra insanlara uşaqlıqdan ailənin nə olduğu, sağlam ailəmodeli düzgün aşılanmalıdır, hətta bu barədə dərsliklər də hazırlanaraq orta vəali məktəblərə pulsuz paylanılmalı və tədris edilməlidir. Həmin kitablarda mədəniyyətimiz,ailə dəyərlərimiz təbliğ olunmalı, başqa mədəniyyətlər ilə ailə dəyərlərimizinfərqləri ortaya qoyulmalıdır. Həmçinin bu cür mövzularla bağlı televiziyaverlişləri yaradılmalıdır.

İndiki dövrdə siqaret çəkməz olmaz, homoseksuallıq,erkən nikah, abort pisdir deməklə iş bitmir, mütləq o olmazın açıqlamasıolmalıdır. Mümkün qədər hər bir valideyn övladı üçün müsbət nümunə modeliolmalıdır.

-Son olaraq nədemək istərdiniz?

-İnsanlara hər sahədə özlərini inkişaf etdirmələriniməsləhət görərdim. Dünyagörüşü geniş olan insanların özlərinin fərdi düşüncəmodeli olacaq, qarşısındakıların doğru və ya səhv olduğunu daha tez anlayacaq.Doğru düşüncə, dərketmə olmadığı müddətdə qalan məsələlər boşdur.

Abdulla İsmayıloğlu