Aİ: Yermakla bağlı vəziyyəti diqqətlə izləyirik
Avropa İttifaqı Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın evində Milli Anti-Korrupsiya Bürosu (NABU) tərəfindən aparılan axtarışla bağlı vəziyyəti “diqqətlə izləyəcək”.
Adalet.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye “RBK-Ukrayna”ya bildirib.
Mersye qeyd edib ki, Aİ Yermakın evində aparılan axtarışlar barədə xəbərləri izləyib.
“Bizim mövqeyimiz yaxşı məlumdur: hər hansı araşdırmalar göstərir ki, antikorrupsiya orqanları fəaliyyət göstərir və Ukraynada fəaliyyət üçün icazəyə malikdir. Korrupsiyaya qarşı mübarizə bizim genişlənmə paketimizin əsas elementi olub və bu məsələdə ümumi mövqeyimizi müəyyən edir”, - o bildirib.
Aİ nümayəndəsi xatırladıb ki, korrupsiyaya qarşı mübarizə Ukraynanın Aİ-yə qoşulma imkanları üçün “əsasdır”. Bu mübarizəni aparmaq və qanun aliliyinə riayət etmək qabiliyyətini təmin etmək üçün müvafiq səylər tələb edir.
“Komissiya vəziyyəti diqqətlə izləməyə davam edəcək”, - Mersye əlavə edib.
APA
Digər Xəbərlər
28 Noyabr 2025 17:41
İndoneziyada daşqınlar nəticəsində 170 nəfər ölüb
28 Noyabr 2025 16:25
Türkiyə XİN: İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə hazırıq
28 Noyabr 2025 15:47
Volodimir Zelenski ABŞ-nin hədəfindədir - Politoloq
28 Noyabr 2025 14:11
Ermənistanda kilsədə böhran dərinləşir
28 Noyabr 2025 11:44
Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri –FOTOLAR
28 Noyabr 2025 11:25
“İranın təsir dairəsində olan güclərin İsraillə müharibəyə şərait yaratdığını...”
28 Noyabr 2025 11:07
Putin Orbanla Moskvada görüşəcək
28 Noyabr 2025 09:56


Bakı -°C

