“Ah, “Rus evi...” - Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova atmaca
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında xələfi Elmar Məmmədyarova söz atıb.
Adalet.az xəbər verir ki, Zülfüqarov Məmmədyarovun Rusiyanın maraqlarına xidmət göstərməsinə eyham vurub.
“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bloger - red.) yutub kanalında məni əvəz edəcək... Ah, “Rus evi”, sən necə də çoxüzlüsən”, - deyə, Tofiq Zülfüqarov bildirib.
Qeyd edək ki, sabiq nazirlər fevralın 24-ü ARB-24 telekanalında “Nə baş verir?” adlı verilişə videozənglə qoşulublar. T.Zülfüqarov, həmçinin gürcü bloger G. Vasadzenin kanalında ekspert kimi vaxtaşırı çıxışlar edir.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda yüksək vəzifələrdə çalışmış bəzi şəxslərin Rusiyanın maraqlarına xidmət etməsinə dair məlumatlar yayılıb. Həmin məlumatlarda adıçəkilən sabiq nazirlər arasında Elmar Məmmədyarov da var.
Digər Xəbərlər
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18


Bakı -°C

