adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 Iyun 2018 11:00
17372
ŞOU-BİZNES

"Ağzından siqaret, dilindən söyüş düşmür" - Xatirə xanım ifaçı haqda

"Azərbaycanda müğənni var ki, hamı onun ətəyində namaz qılmaq kimi imic yaradıb. Amma onun ağzından siqaret, dilindən söyüş düşmür. Təqdimatı belə gedib. İnsanda bəxt yaxşı yaxşı şeydir".

Adalet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Hər şey daxil" verilişində deyib. Sənətçinin bu sözləri sosial şəbəkədə də müzakirələrə səbəb olub. Hər kəs ifaçını bu sözünə görə qınayıb.

Xatirə açıqlama verərək tənqidlərə münasibət bildirib:

"Dünəndən hara baxıram özümü görürəm. Mənə maraqlı deyil kim nə edir. Sözünü çəkinmədən, heç kəsdən qorxmadan deyən sənətçilərdənəm. Dünənki sözüm yerinə düşdü və mən də buna münasibətimi bildirdim. Bu da mənim subyektiv fikrimdir. Heç kəs inciməsin. Əslində üzdə başqa cür olub, özünü xalqa başqa cür təqdim edənlərə fikir bildirmişəm. Bu da əslində bir siyasətdir. Sözlərim kimə aiddirsə, özünə götürsün. Ya görsəndiyin kimi ol, ya da olduğun kimi görsən".