Ağsuda üçəm oğlan uşağı doğuldu - Video
Ağsu rayonunda üçəm doğum faktı qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Bakıda yaşayan Ağsu sakini Ülviyyə İbrahimova doğuşla əlaqədar Ağsu Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Ü.İbrahimova sağlam olduğu üçün doğuşa 15 gün qalanadək bir dəfə də olsun həkimə müraciət etmədiyini deyib. Yalnız doğuşla bağlı xəstəxanaya müraciət edən zaman müayinədən keçəndə onun bətnində 3 oğlan uşağının olduğu məlum olub.
Ağsu Mərkəzi rayon Xəstəxanasının Doğum şöbəsinin müdiri Xalidə Məmmədova APA-ya bildirib ki, 10 dəqiqə ara ilə normal doğuş keçirən ananın və uşaqların vəziyyəti yaxşıdır. Körpələrdən birinin çəkisi 2,6 kq, digər ikisinin çəkisi isə 2,3 və 2 kiloqramdır. Ailənin ilk övladları olan körpələr hərtərəfli tibbi müayinədən keçirilib və onlar ev şəraitində həftədə bir dəfə həkim tərəfindən yoxlanılaraq nəzarətdə saxlanılacaq.

Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27