adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Dekabr 2019 16:07
10983
HADİSƏ

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanıldı

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu RPŞ-yə müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.