adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Aprel 2018 16:40
7446
GÜNDƏM

Ağsuda Aprel şəhidlərinə həsr olunan tədbir keçirildi

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında BilikFondu və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon HeydərƏliyev Mərkəzində Aprel zəfərinin ikinci ildönümü ilə əlaqədar tədbirkeçirilib.

Tədbirdən öncə iştirakçılar Ağsu rayon Bico kəndində Aprel şəhidiToğrul Fərəczadənin məzarını ziyarət ediblər.

Şəhidin ailə üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, Qarabağvə Böyük Vətən müharibəsu döyüşçülərinin, kənd sakinlərinin, yerli məktəblilərvə müəllimlərin iştirakı ilə T.Fərəczadənin yaşadığı evin qarşısında toplantıkeçirilib.

Toplantıda çıxış edən Bico kənd tam orta məktəbinin direktoru YaşarQarayev Azərbaycan gəncliyinin ünvanına xoş sözlər deyərək, onların Vətəni hərşeydən uca tutduqlarını, ən şirin nemət olan canlarını yurda qurban verdiklərinivə gələcəkdə də bu cür qəhrəmanlıqlar göstərməyə hazır olduqlarını söylədi.

Şəhid T.Fərəcovun Ağsu rayonu ilə yanşı, bütün ölkənin fəxri olduğunudiqqətə çatdıran Y.Qarayev vətənin qəhrəman oğulların şücaətləri ilə bütövləşəcəyini,torpaqların işğaldan azad ediləcəyini vurğulayıb.

Ulu öndərin heykəli qarşısına güllər düzüldükdən sonra tədbir HeydərƏliyev Mərkəzində "dəyirmi masa” ilədavam etdirilib.

Ağsu Rayon İcra Hakimiyyəti İctimai-siyasi və hümanitar məsələlər şöbəsininmüdiri Sevil Mirzəliyeva "dəyimi masa”nı giriş sözü ilə açaraq, qonaqları təqdimedib, Azərbaycan Prezidentinin 2018-ci ildə imzaladığı müvafiq sərəcamlar çərçivəsindərayonda görülən işlərdən və yaxın gələcəkdə planlaşdırılan layihələrdən danışıb.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev "Aprel zəfəri düşmənəsarsıdıcı zərbə oldu" mövzusundakı çıxışında 2016-cı ilin qələbə sədalıgünlərni xatırladıb.

Natiq aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və ErmənistanSilahlı Qüvvələri arasındakı hərbi münaqişənin atəşkəs haqqında sazişimzalandıqdan bəri yaşanan ən şiddətli döyüşlər kimi dəyərləndirərək, nəticədəTalış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpəyüksəkliyi və Cocuq Mərcanlı, Goranboyrayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətindəyolların düşməndən azad olunduğunu diqqətə çatdırıb.

Aprel zəfərinin qəhrəmanlıq salnaməsi yazdığını deyən C.Musayev2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarıilə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun orden vəmedallarla, yüksək ad və ali hərbi rütbə ilə mükafatlandırıldığınıbildirib.

Bilik Fondu Lektorlar qrupunun üzvü, Azərbaycan Respublikası SilahlıQüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrədosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov tədbrdə"Heydər Əliyev və Azərbaycanın Ordu quruculuğu" mövzusunda mühazirəilə çıxış edib.

M.Süleymanov bildirib ki, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması ordudakı islahatların dahada sürətlənməsinə təkan verib. Bununla ordu sıralarına peşəkar hərbçilər cəlbedilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinədiqqət artırılıb, hərbi vətənpərvərlik işi gücləndirilib, ordu quruculuğununmüxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilib. Nəticədə yenilməzgücə malik Azərbaycan Ordusu yaradılıb.

Natiq vurğulayıb ki, Heydər Əliyevin ordu quruculuğu Prezident İlhamƏliyev sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələridünyanın ən güclü orduları ilə eyni cərgədə durur. İki il öncə düşmən üzərindənail olduğumuz Aprel zəfəri bunun bir daha sübutudur. Yaxın gələcəkdə bu zəfərbütün Dağlıq Qarabağ və işğalda olan ətrafrayonlarda qeyd olunacaq, Azərbaycan əsgəri dövlət bayrağımızı Şuşada,Xankəndidə, Laçında və işğal altındakı digər ərazilərdə dalğalandıracaq.

"Dəyirmi masa”da Aprel zəfəri ilə bağlı fikirlərini bölüşən Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsininrəisimayor Nizami Heybətov, Ağsurayonu Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Qarabağ müharibəsi iştirakçıları Ağsu rayon təşkilatının sədr müaviniAllahverdi Qəmbərov, Qəşəd kənd tam orta məktəbinin hərbi hazırlıq müəllimi BəkirAlməmmədov, Böyük Vətən Müharibəsi Ağsaqqallar Şurasının sədri CamaləddinZeynalov qeyd ediblər ki, döyüşlərdə şəhid olanlar xalqın baş tacıdır və hər kəsigid əsgərlərin ruhu qarşısında baş əyir, onların ailələrinin qayğısına qalır,şəhidlik zirvəsinə ucalanların xatirələrinin dövlət səviyyəsində əbədiləşdirilməsiistiqamətində böyük işlər görülür və görüləcək.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlərsöyləyiblər.

Ağsu məktəbliləri arasında keçirilən "Azərbaycan ordusu"şeir müsabiqəsinin qaliblərinə Bilik Fondunun diplom və hədiyyələri təqdimedilib.