adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Mart 2019 12:02
13154
İDMAN

Ağır atletika üzrə yığma komandalara məşqçilərin təyinatı olub

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.

AAAF-dan Adalet.az-a verilən məlumata görə, mərasimdə ağır atletika üzrə yığma komandaların məşqçiləri də iştirak edib.

İclasda qəbul edilən qərarlara əsasən, ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin edilib.