Ağdamda yük avtomobili sel sularının gətirdiyi minaya düşdü - YENİLƏNİB
Ağdam rayonunda mina hadisəsi baş verib.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
Ağdamda yük maşını minaya düşüb.
Adalet.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ciddi ziyan dəyib.
Xəsarət alanın olmadığı deyilir.
Digər Xəbərlər
12 Oktyabr 2026 23:25
Bakıda genişmiqyaslı əməliyyat - 200-dən çox saxlanılan var
12 Oktyabr 2026 22:24
Özünü məktəb binasından atan 12 yaşlı şagirdin son vəziyyəti - YENİLƏNİB
12 Oktyabr 2026 20:15
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
12 Oktyabr 2026 20:13


Bakı -°C

