adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2014 13:48
8658
KRİMİNAL

Ağdamda əkin sahəsində meyit tapılıb - Video

Ağdamın Eyvazlı kəndi yaxınlığında kişi meyiti tapılıb.

Apa-nın Qarabağ bürosunun məlumatına görə, hadisə yerinə gələn Ağdam Rayon Prokurorluğunun əməkdaşları ölü vəziyyətdə tapılmış şəxsin kimliyini müəyyən ediblər.

Məlum olub ki, Quzanlı-Qaradağlı yolunun kənarında əkin sahəsində meyiti aşkarlanan şəxs Ağdam rayonu Kəlbəhüseynli kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Adil Sabir oğludur. Onun spirtli içki aludəçisi olduğu bildirlir.

Müstəntiqin bildirdiyinə görə, meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Hadisə yerinə gələn qohumları sonuncu dəfə A. Aslanovu dünən axşam saatlarında gördüklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.