adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Oktyabr 2014 15:16
12748
MƏMLƏKƏT

Ağdamda bayram şöləni - Fotolar

Cəbhəninön sıralarında olan Ağdamın Quzanlı kəndində futbol şöləni keçirilib. Adalet.azxəbər verir ki, AFFA-nın birbaşa dəstək olduğu yarışda əsas məqsəd regionlardafutbolun inkişafına stimul vermək, regionlardan olan gənclərin bu idman növünəmarağının daha da artırılmasıdır. Tədbirin açılış mərasimində çıxış edənAFFA-nin vitse-prezidenti, millət vəkili Rauf Əliyev qeyd edib ki, futboluninkişafı prioritet sahələrdən biridir. R.Əliyev qeyd edib ki, dövlətbaşçısı İlham Əliyevin futbolun inkişafı ilə bağlı imzaladığı sərəncam bu idmannövünün daha da inkişafına böyük töhfələr verir.

R.ƏliyevAFFA-nın bu istiqamətdə həyata keçirdiyi işlərdən danışıb. Qeyd edib ki,Quzanlıda "Açıq Əyləncəli Futbol Məktəbi”-nin açılışı da görülən işlərin tərkib hissəsidir.

Tədbirdəçıxış edən Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini ZülfüQasımov Ağdamda futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, futbol məktəbinin açılışının buoyunaolan marağı daha da artıracağını vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkiliAqil Abbas Azərbaycanda futbolun inkişaf dövründən söz açıb. Qeyd edib ki, hələSSRİ dövründə Azərbaycandan olan futbolçular qatıldıqları bir sıra yarışlardayüksək nailiyyət əldə ediblər. Millət vəkili bu idman növünün inkişafı iləbağlı dövlət tərəfindən həyata keçirilən işləri yüksək dəyərləndirib. Bildirib ki,yeni-yeni futbol arenalarının tikilib istifadəyə verilməsi, ölkənin əsas stadionlarındaaparılan yenidənqurma işləri futbola olan marağı daha da artırıb.

A. Abbas Ağdamda keçirilən futbolturniri barəsində danışıb. Qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi artıq ənənəhalını alıb. Onun sözlərinə görə, belə turnirlərin keçirilməsi ümumilikdə Azərbaycanfutbolunun inkişafına böyük zəmin yaradır.

Rəsmi açılışdan sonra komandalararasında yarış keçirilib.

AFFA-nın vitse-prezidentiR.Əliyev Quzanlıdan olan yeniyetmə futbolçulara forma dəstləri, toplar hədiyyəedib.