adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Sentyabr 2018 14:19
11372
İDMAN

Ağdamda “Açıq əyləncəli futbol məktəbi” layihəsi baş tutub - FOTOLAR

Ağdam Olimpiyaİdman Kompleksində təşkil olunan "Açıq əyləncəli futbol məktəbi"layihəsi üzrə kütləvi idman tədbiri keçirilib.

Adalet.az xəbərverir ki, Olimpiya İdman Kompleksinin futbol meydançasında təşkil olunan tədbirdəçıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkəmizdə gəncnəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

Sonra AFFA-nınbirinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputat Sabir Məmmədovçıxış edərək iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələrini təbrik edərəkonlara uğurlar diləyiblər.


Tədbirdə çıxışedən millət vəkili Aqil Abbas vurğulayıb ki, bu tədbir ölkəmizdə idmana göstəriləndövlət qayğısının daha bir nümunəsidir. Millət vəkili öz çıxışında layihənin əhəmiyyətindən danışıb. Vəbildirilib ki, layihə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsiləbir qədər dəyişmək, onların idmana, o cümlədən futbola marağını artırmaq, uşaqfutbolunun inkişafına dəstək vermək məqsədi daşıyır. Millət vəkili rayon kəndlərivə məktəblərarası çempionatlarının keçirilməsini də təklif edib.


Mərasimdəuşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusiidman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Ceyhun