Ağdam və Tərtərdə zəlzələnin nəticələri aradan qaldırılır - İcra başçıları danışdılar
Noyabrın 15-də və 16-da Ağdam, Tərtər rayonların baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır. Bu barədə Modern.az-a hər iki rayonun icra başçısı məlumat verib.
M.Məmmədov deyib ki, indiyədək 340 fərdi yaşayış evilə bağlı müraciət daxil olub:
"Müraciətlərin hamısını da komissiyaya yönləndirmişik. Rayondakı bir bağça və bir məktəb ciddi zərər görüb”.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da komissiyanın çalışdığını deyib:
"İndidən dəqiq rəqəm söyləmək çətindir, çünki kəndlərdə iş gedir. Yəqin ki, yaxın günlərdə araşdırmalar başa çatdıqdan sonra məlumat verəcəyik”.
Qeyd edək ki, ilkin məlumata görə, Ağdamda 150-dən çox ev, 1 məktəb binasında çatlar əmələ gəlib.
Qeyd edək ki, noyabrın 15-də saat 23:48 radələrində Azərbaycanda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.