"Ağdam tam bərpa olana qədər Ağdərəyə köçüb orada yaşamaq istəyirəm" -MÜSAHİBƏ

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra separatçılardan və ermənistan silahlı qüvvələrinin terrorçularından azad edilən ərazilərin siyahısı cəmiyyətimizdə sevinclə qarşılandı.
Sevincini bizimlə bölüşən Qarabağ qazisi Elməddin Sərdar ın fikirləri oxucularımıza maraqlı olacağını düşünüb onunla söhbətə başladım.
- Elməddin necəsən? Hazırda nə hisslər keçirirsən?
- Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin! Düzünü deyim 2020-ci ildə üzü bəri heç yerə sığmıram, heç yerdə rahatlıq tapa bilmirəm. Eləcə ürəyim yurdumuz üçün quş kimi çırpınır. Hər gün zəng gözləyirəm . Birdən zəng gələcək və deyəcəklər ki, öncə həyatını, sağlamlığını vətənə qurban vermiş qazilərin, veteranlarin azad edilmiş torpaqlarda yaşaması üçün güzəştlər var və onları siyahıya alırıq” Elməddin Sərdar, yaşamaq istədiyiniz şəhərin, kəndin adını mümkünsə deyin,sizi də siyahıya əlavə edək”. İnanırsınız, hər gün bu sözü deyəcək adamın zəngini gözləyirəm.
- Elməddin, axı sən Ağdam şəhərində doğulmusan, böyümüsən sağlamlığını öz yurdunun azadlığı üçün qurban vermisən... Ağdama qayıtmaq fikrin yoxdu ki, ürəyindən digər şəhər və kəndlər keçir?
- (Gülür) Nə danışırsan, Ağdam mənim Məkkəm, Mədinəmdir! Ora qayıdacağımı həsrətlə gözləyirəm. Amma Ağdam təməlindən vəhşi düşmənlərimiz tərəfindən darmadağın olub.Daşı-daş üstündə qalmayıb. Düzdür , Allah dövlətimizi qorusun, tikir-qurur, zəhmət çəkir. Amma mənimdə durub Bakıdan bunları izləməyə hövsələm çatmır. Əvvəl Şuşada, Ağalıda, Laçında, Zabuxda evim olmasını istəyirdim.. Nə olur olsun Qarabağda yaşayım deyirdim. Amma indi dağıdılmamış, hazır evlər var Ağdərədə, Xocavənddə, Hadrutda, Qırmızı Bazar qəsəbəsində, Şuşakənd kəndində, harda olur olsun!
-Təkcə bu məntəqələrdə ...?
- Yox e, Xəlfəli kəndi , Turşsu qəsəbəsi, Daşkənd , Canyataq , Təpəkənd , Dağyurd , Qızıloba - Çərəkdar , Qozlukörpü , Qozlu , Yuxarı Quşçular , Zərdəxaç , Həsənriz , Qızılqaya kəndi, Yuxarı Oratağ kəndi, Xanqutala Xaçmaç, Kərkicahan qəsəbə kəndlərimizdə evlər salamatdır. Ciddi dağıntı yoxdur. Hər yaşayış məntəqəsinə ən azı 20 müharibə iştirakçısı ailəsi ilə birgə yerləşdirilsə, o kəndlər 2-3 aya cənnətə çevirərik! Heç Qarabağda möhtəşəm tikinti və abadlıq işləri ilə məşğul olan dövlətimizə də malliyyə çətinliyi vermərik, hamılıqla, öz cibimizin pulu ilə vallah orda cənnət yaradarıq. Uzun sözün qısası, ən böyük arzum təcili bizi adını sadaladığım kəndlərə göndərsinlər. Canımda qalan gücümü- qüvvəmi indi də vətənimiz inkişafına, Qarabağın yenidən qurulmasına sərf edim.. Onu da deyim ki, bu təkcə mənim arzum deyil, bütün qazilərimizin , veteranlarımızın arzusudur!
- Sən mənə xəlvətcə de görüm, hansı tərəfi “gözaltı” eləmisən?
- Heç kəsə demiyəcəksən ki? Demə haa!
- Yaxşı... demərəm, mən xəbərçi deyiləm...
-Agdərəni! Ora reylef baxımından Azərbaycanın ən çətin, ən gözəl, ən möcüzəvi bölgəsidir. Orada 1992-93 cü illərdə cox şəhid verdik. Hələ əlin ,ayagın itirənlər daha çox oldu. Agdərəni aldıq, amma sonra yenə, tökülən qanlara baxmayaraq , düşmənə təhvil verildi. Xaricdən gələn "Arabo " dəstəsi vardı . O vaxt döyüşənlər bilir .Ruslarla birlikdə çox ziyan vurdular bizə... İndi “Arabo”nu qəhrəman bilən ermənilərin gözü qarşısında gedib Ağdərədə bir qəşəng mənzildə həyatımı yaşayardım.
- Neçə gündür, gülə-gülə , əşyaları və ailəsi ilə Qarabağı tərk edən erməni köçlərini seyr edirəm. Hamı seyr edir...Sevinsəm də, gözümün qarşısından, Xoçalı camaatı, Qaradağlı, Meşəli Kərkiçahan və sair kəndlərin soyqırıma düçar olmuş hər şeyini itirərək ayaqyalın, başıaçıq qarın-şaxtanın altında öz yurdunu tərk edənlər keçir. Bütün qarabağlılar yada düşür... Bilirəm ki, çoxu eyni hissləri yaşadı.
- O gülə -gülə gedən erməni dıgaları var ha, onlar hamısı, bəli, hamısı vaxtıilə bizə güllə atib, bizim uşaqları şəhid edənlərdi. Yenə imkanları olsa, yenə bizi qırarlar. Bu insanlığa ləkə olan bu qaniçənləri bizə mələk şəklində təqdim etməsin, bəziləri. Hələ şəhidlərimizin , körpələrimizin qanı qurumayıb. Erməni mənim də, nəslimin də, millətimin də düşmənidir. 17 yaşimdan bu günə qədər canımda ermənin mənə vurduğu gülləni və mərmi parçalarını daşıyıram . 31 ildə heç 31 dəqiqəlik agrısız yaşamadim. Ermənini necə bagişlayım? Silahdaşılarımın səngər yoldaşlarımın ruhu məni bağışlayarmı? Rədd olsunlar getsinlər. Bəsdir 30 il səfasın gördülər cənnət məkanlarımızın! İndi növbə bizimdir. Qarabag və Zəngəzur Azərbaycandır!
- İnşallah! Bu günü yaşadıqsa, o o günü də yaşayacağıq! Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Söhbətləşdi Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)
Akif Nağının Laçın təəssüratları: "Bizim zümrüd İsveçrəmiz..."

Əzimə AĞALAR: "Xatirələrə geri dönməyi heç sevmirəm" - MÜSAHİBƏ

İran Prezidenti Azərbaycan televiziyasına müsahibə verdi - VİDEO
